Danone Rusiya bazarını tərk etmək niyyətində deyil
Şirkət qeyd edib ki, hazırda əsas prioritetlər işçilərin təhlükəsizliyi və biznesin rahat fəaliyyətinin təmin edilməsidir.Fransanın “Danone” qida şirkəti Rusiyadakı fəaliyyətini dayandırmaq və bazarını tərk etmək fikrində olmadığını bildirib.
Marja xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
"Biz Rusiyadakı fəaliyyətimizi dayandırmağı və bazarı tərk etməyi planlaşdırmırıq. Hazırda şirkətin Rusiyadakı əsas sistemləri, infrastrukturu və logistikası normal işləyir", - şirkətdən bildirilib.
Danone həmçinin qeyd edib ki, hazırda əsas prioritetlər işçilərin təhlükəsizliyi və biznesin düzgün işləməsinin təmin edilməsidir. Mövcud şəraitdə şirkət istehlakçıları və xəstələri ehtiyac duyduqları qida ilə təmin etmək vəzifəsini qarşısına qoyur.
Danone beş qitədə mövcuddur və süd və bitki mənşəli məhsullar, qablaşdırılmış su və körpələr üçün qidalanma daxil olmaqla qidalar istehsal edir. Danone Rusiyada 13 zavoda malikdir və işçilərin sayı 7 min nəfərdir. Şirkət Prostokvashino, Activia, Actimel, Rastishka, Tyoma, Danissimo, Danone, Biobalance, Aktual, Smeshariki və digər brendlər altında məhsullar istehsal edir.
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
12 d. əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
14 d. əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 1 saat əvvəl
-
2 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
2 saat əvvəl
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
-
3 saat əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
-
3 saat əvvəl
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Yanvarın 27-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı





















