Avropada qazın qiyməti yenidən 1900 dollara yaxınlaşıb
Ümumilikdə qazın qiyməti ticarət başlayandan bəri 3% artıbAvropada təbii qazın qiyməti cümə günü keçirilən ticarət zamanı yenidən artaraq 1000 kubmetr üçün təxminən 1900 dollara yaxınlaşıb.
Marja London Fond Birjasına (ICE) istinadən xəbər verir ki, aprel fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1890 dollara yüksəlib (və ya MVt/saat üçün 165,995 avro).
Ümumilikdə qazın qiyməti ticarət başlayandan bəri 3% artıb.
Bir gün əvvəl Avropada qazın qiyməti 1000 kubmetr üçün 2279 dollara yüksəlmişdi (MVt/saat üçün 198,56 avro). Axşam saatlarında Qazprom-un Yamal-Avropa qaz kəməri ilə Polşadan keçməklə Almaniyaya qaz nəql etməsilə bağlı xəbərdən sonra qazın qiyməti düşmüşdü.
Təbii qazın bahalaşması Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibəyə başlamasından sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlərin Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq etdiyini elan etməsi fonunda müşahidə olunur. Fevralın 24-də qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Rusiya Ukraynaya qarşı "xüsusi hərbi əməliyyat" elan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























