Rusiya xaricə gübrə satışını dayandırır - "Ərzaq qıtlığına səbəb ola bilər"
Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi bildirib ki, xarici şirkətlər tərəfindən daşınmanın təxribatı səbəbindən Avropa və digər ölkələrdə fermerlər gübrə ala bilmirlər.Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi normal daşınma bərpa olunana və tədarüklərə zəmanət verilənə qədər gübrələrin ixracını dayandırmağı tövsiyə edib.
“Hazırda elə bir vəziyyət yaranır ki, bir sıra xarici logistika şirkətləri tərəfindən daşımanın təxribatı nəticəsində Avropa və digər ölkələrdəki fermerlər müqavilədə nəzərdə tutulmuş həcmdə gübrələri ala bilmirlər. Qərb ölkələri və Şərqi Avropa, Latın Amerikası, Cənubi və Cənub-Şərqi Asiya üçün Rusiya gübrələrini əvəz etmək ya son dərəcə çətindir, ya da hətta qeyri-mümkündür”, - məlumatda deyilir.
Sənaye və Ticarət Nazirliyi vurğulayıb ki, gübrələrin daşınmasında yaranan fasilələr bir sıra ölkələrin milli təhlükəsizliyinə birbaşa təsir göstərə bilər və ortamüddətli perspektivdə yüz milyonlarla insan üçün ərzaq çatışmazlığı şəklində ciddi nəticələrə səbəb ola bilər.
“Xarici logistik operatorların işi ilə bağlı mövcud vəziyyəti və bununla bağlı riskləri nəzərə alaraq, Rusiyanın Sənaye və Ticarət Nazirliyi rus istehsalçılarına daşıyıcıların fəaliyyətlərini bərpa edənə qədər Rusiya gübrələrinin ixracını müvəqqəti dayandırmağı tövsiyə etməyə məcbur olub", - nazirlik qeyd edib.
Departamentdən əlavə ediblər ki, rusiyalı fermerlər həm həcm, həm də çeşid baxımından mineral gübrələrlə tam təmin olunurlar.
"Rusiya fermerlərinin mineral gübrəyə olan bütün ehtiyacları həm həcm, həm də bütün tələb olunan çeşid baxımından tam ödənilir", - nazirliyin məlumatında deyilir.
Bir sıra xarici logistika şirkətləri fəaliyyətlərini dayandırdıqları üçün Avropa və digər ölkələrin fermerləri Rusiya Federasiyasından gübrə ala bilmirlər. Gübrələrin daşınmasında yaranan fasilələr bir sıra ölkələrin milli təhlükəsizliyinə təsir göstərə və ortamüddətli perspektivdə ərzaq qıtlığına səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



