1,5 trilyon dollarlıq paket Senatdan keçdi
ABŞ-da 1,5 trilyonluq xərclər paketi Nümayəndələr Palatasından sonra Senat tərəfindən təsdiqlənib. Paketə Ukraynaya 13,6 milyard dollar yardım da daxildir.ABŞ-da Ukraynaya yardım paketini özündə əks etdirən və sentyabrın 30-na qədər hökumətə maliyyə ayrılmasını nəzərdə tutan 1,5 trilyon dollarlıq büdcə qanun layihəsi Senatda təsdiqlənib.
Marja xəbər verir ki, paket Senatda 31 əleyhinə 68 səs çoxluğu ilə qəbul edilib. Qanun layihəsi prezident Co Bayden tərəfindən imzalanmaq üçün təqdim olunacaq.
Senatdan keçən qanun layihəsi ABŞ-da daxili xərclərin ən böyük artımına imkan verəcək. Qanun layihəsi ilə müdafiə xərcləri istisna olmaqla, digər xərclər üçün 730 milyard dollar ayrılacaq. Beləliklə, bu xərc maddəsi üzrə 6,7 faiz artım olacaq.
Paketdə Pentaqonun illik xərcləri 743,4 milyard dollar olaraq nəzərdə tutulur. Bu maddə prezident Co Baydenin 715 milyard dollarlıq müdafiə xərcləri tələbini üstələyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





