Qorki parkının sabiq direktoru Bakıda bulvarın inkişafı konsepsiyası ilə məşğul olacaq
15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!
2011-2015-ci illərdə Moskvadakı Qorki adına Mərkəzi Mədəniyyət və İstirahət Parkının (MMİP) direktoru olmuş Olqa Zaxarova yeni bir layihənin reallaşdırılması – Bakıdakı Dənizkənarı bulvarın inkişafı konsepsiyasının hazırlanması ilə məşğul olacaq.
"Marja" xəbər verir ki, bu barədə Kommersant.ru saytına istinadla məlumat verir.
O.Zaxarova MMİP-nin direktoru olduğu dövrdə həmin park hətta Kremli də geridə qoyaraq, turistlərin ən çox xoşladığı yerlərdən birinə çevrilmişdi. 2015-ci il sentyabr ayında Olqa Zaxarova parkın direktoru vəzifəsindən getməzdən əvvəl verdiyi müsahibədə bildirmişdir ki, o, parkın öz xərcini çıxaran müəssisəyə çevrilməsinə nail olub. 2011-ci ildə parkın mədaxili 135 milyon rubl olduğu halda 2014-cü ildə müvafiq göstərici 755 milyona çatıb.
O.Zaxarova deyib: “Bakıda işləmək mənim üçün ciddi çağırışdır. Bakının yeni əsas məkanının konsepsiyasının və təməl prinsiplərinin hazırlanması üzrə intensiv iş nəzərdə tutulur. Əsas vəzifə bu ölkənin ictimai məkanının standartını yaratmaq, lokal təşkilatların potensialını üzə çıxarmaq, yerli biznesi bu layihənin işlənib hazırlanmasında iştiraka və əməkdaşlığa ruhlandırmaqdır”.
Daha sonra o bildirib ki, uğurlu biznes modeli qurmaq, habelə şəhərin bütün sakinlərini bu layihəyə cəlb etmək üçün müxtəlif səviyyəli təsisatlarla səmərəli əlaqə kanalları yaratmaq lazım gələcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















