Azərbaycanda minik avtomobili istehsalı kəskin azalıb, 322-si anbarda qalıb
Fevralda Azərbaycanda cəmi 3 ədəd minik avtomobili istehsal edilib.2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 105 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 111 ədəd (51,4% az) az minik avtomobili istehsal olunub.
Marja Dövlət Statistika Komitəsinə itinadən xəbər verir ki, dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 15,7 faiz artıb.
01.03.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı minik avtomobili üzrə 322 ədəd, traktorlar üzrə 74 ədəd təşkil edib.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında 102 ədəd minik avtomobili istehsal olumuş, 01.02.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 399 ədəd təşkil etmişdi. Beləliklə, Fevralda Azərbaycanda cəmi 3 ədəd minik avtomobili istehsal edilib.
2021-ci ildə Azərbaycanda 2043 ədəd və ya 2020-ci illə müqayisədə 4,8% çox (və ya 93 ədəd çox) minik avtomobili istehsal olunmuşdu (yığılmışdı).
2020-ci ildə isə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
2021-ci ildə Azərbaycanda 651 ədəd traktor istehsal edilmişdi, istehsal 2020-ci illə müqayisədə 2,2 dəfə artmışdı.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















