“Nar” Novruz bayramını azad edilmiş ərazilərdə əsgərlərlə qeyd etdi
(®) “Nar” Novruz bayramı ərəfəsində Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrdən birini ziyarət edib. Müdafiə Nazirliyinin dəstəyi ilə mobil operator qalib Azərbaycan Ordusunun əsgərləri ilə görüşüb və Novruz çərşənbəsini onlarla birgə qeyd edib.
“Nar” azad edilmiş ərazilərdə yerləşən bir neçə hərbi hissəyə müxtəlif hədiyyələr təqdim edib. Məqsəd Vətən keşiyində duran Ordumuzun əsgərlərinə olan ehtiramı bildirmək və onlara mənəvi dəstək göstərməkdir.
“Nar”ın mətbuat xidmətinin rəhbəri Əziz Axundovun sözlərinə görə, “Nar” vətənpərvərlik mövzusuna xüsusi həssas yanaşır: “Novruz bayramını Milli Ordunun əsgərləri ilə birlikdə qeyd etmək artıq “Nar” üçün ənənəyə çevrilib. Çox qürurluyuq ki, bu əziz bayramı işğaldan azad edilmiş ərazilərimizdə qeyd edə bilirik. Bu qüruru bizə bəxş edən Milli Orduya mənəvi dəstək olmağı özümüzə borc bilirik”.
Bayram tədbiri tonqallar ətrafında, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konsert proqramı ilə davam edib. Qeyd edək ki, əsgərlərlə görüşdən hazırlanan videoya aşağıdakı keçidə daxil olmaqla baxmaq olar:
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
- 30 d. əvvəl
-
39 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
43 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)











.jpg)
