Unibankla ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Bu gün “Unibank” KB ASC ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Unibankın yaydığı məlumatda bildirilir ki, sənədin imzalanmasında əsas məqsəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir.
Memorandumu “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov və ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev imzalayıblar.
Natiq Hacıyev ADA Universitetinin təhsildə rəqəmsal həllərin tətbiqi üzrə əldə etdiyi təcrübəsinə dair məlumat verib. Natiq Hacıyev çıxışı zamanı qeyd edib ki, “Unibank” biznes mühitində innovativliyi ilə seçildiyindən bu gün imzalanan əməkdaşlıq sənədi hər iki qurumun maraqlarını əks etdirir.
Bank sektorunun gələcək perspektivlərindən bəhs edən Faiq Hüseynov ADA Universitetinin müasir təhsil, “Unibank”ın isə innovativ təcrübələr paylaşdığını vurğulayıb, bu baxımdan, hər iki qurum arasındakı əməkdaşlığın tələbələrin gələcək karyerasında və Bank əməkdaşlarının peşəkar inkişafında faydalı olacağını bildirib.
Memoranduma əsasən, tərəflər elmi və praktiki məlumat və bacarıqların mübadiləsini təmin edəcək, tələbələrin müvafiq istiqamətlər üzrə davamlı inkişafına fayda verəcək menecment, bank işi və maliyyə sahəsində birgə tədbirlər və sosial məsuliyyəti artıran layihələr icra edəcək, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcəklər.
Memorandum çərçivəsində ADA tələbələri istehsalat təcrübəsində iştirak edəcək, onların Bankın filial şəbəkələrinə səfərləri təşkil ediləcək, Bankın əməkdaşları isə ADA tərəfindən təşkil edilən İxtisasartırma proqramlarında iştirak edəcəklər.
Anlaşma Memorandumu ADA-nın tələbə və məzunlarını Bankın mövcud vakant yerləri barədə məlumatlandırmaq üçün Universitetdə “Karyera günləri” keçirilməsini də nəzərdə tutur. Bununla yanaşı, ikitərəfli əlaqələrdə davamlılığın təmin edilməsi, həmçinin müvafiq peşə sahələrinə uyğun kadr potensialının gücləndirilməsi istiqamətində tələbələrin kurs və buraxılış işləri, magistrantların dissertasiya mövzuları Bankın həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndiriləcək.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
17 d. əvvəl
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
-
26 d. əvvəl
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
- 44 d. əvvəl
-
45 d. əvvəl
Bərpa, Tikinti və İdarəetmə Xidməti 3,2 milyon manat xalis mənfəət əldə edib
- 11 saat əvvəl
-
15 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
15 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
Rəsmi məzənnələr açıqlandı
Nazirlikdə dövlət borcu yığıncağı
Ən çox oxunanlar
BOKT investorlara illik 18% gəlir təklif edir
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib






















