Səudiyyə Ərəbistanı neft ixracında yuana "yaşıl işıq yandırır"
Səudiyyə Ərəbistanının Çinə satdığı neftin bir hissəsini yuanla qiymətləndirmək üçün Pekin ilə aktiv danışıqlar apardığı bildirilir. Qlobal neft bazarında ABŞ dollarının hökmranlığının azalacağı və dünyanın ən böyük xam neft ixracatçısının Asiyaya üz tutacağı gözlənilir."Wall Street Journal" məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Çinə neft satışlarının bir hissəsini yuanla qiymətləndirmək üçün Pekinlə aktiv danışıqlar aparır.
Marja xəbər verir ki, sözügedən razılaşmanın olacağı təqdirdə qlobal neft bazarında ABŞ dollarının hökmranlığının azalacağı və dünyanın ən böyük xam neft ixracatçısının Asiyaya üz tutacağı gözlənilir.
Səudiyyə Ərəbistanının Çin ilə yuanda neft müqavilələri ilə bağlı 6 ildir davam edən danışıqları bu il sürətlənib. Bəzi siyasi proseslərin bu prosesi sürətləndirdiyi təxmin edilir.
Bunun səbəbləri arasında ABŞ-ın Yəmən vətəndaş müharibəsinə müdaxiləsinə dəstək verməməsi və Bayden administrasiyasının nüvə proqramı ilə bağlı İranla razılığa gəlməyə çalışması göstərilir. Digər tərəfdən Səudiyyə rəsmiləri də keçən il ABŞ-ın Əfqanıstandan qəfil çəkilməsindən şoka düşdüklərini dilə gətiriblər.
Çinin Səudiyyə Ərəbistanının neft ixracının 25 faizindən çoxunu aldığını nəzərə alsaq, bu satışlara yuanla qiymət qoyulacağı təqdirdə Çin iqtisadiyyatına müsbət təsir göstərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
16 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























