Kreml: Avropanın ABŞ-dan neft və qaz alması ikiqat baha başa gələcək
Peskov bildirib ki, ABŞ-ın Avropanın Rusiya yanacağından imtina etməsi məsələsində yardımı Avropa ittifaqına “ikiqat baha başa gələcək”, çünki Vaşinqton qaz və nefti pulsuz tədarük etməyəcək. Bundan əvvəl Putin qazı bir sıra ölkələrə rubla satmağı tapşırmışdı."ABŞ Avropa ölkələrini neft və qazla pulsuz təmin etməyəcək".
Marja xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, ABŞ prezidenti yardım vəd etməklə yanaşı, Avropa İttifaqını “səbirli olmağa” çağırıb.
“Aydındır ki, bu vəziyyətdə o, avropalılara ikiqat qiymətə maye qaz və neft satacağını vəd edib. Müvafiq olaraq, avropalıların real seçimi var – ya bazardan aşağı qiymətə, sabit müqavilələr əsasında rublla ödəniş etmək, ya da Amerikadan ikiqat qiymətə “kömək” almaq”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.
Ağ Evin saytı xəbər verir ki, Bayden bundan əvvəl Polşaya səfər edib və burada prezident Anjey Duda ilə görüşüb, söhbət zamanı dövlət başçıları Avropanın Rusiya enerjisindən asılılığının azaldılmasını müzakirə ediblər.
“Avropa Rusiyanın qalıq yanacaqlarından asılılığına son qoymalıdır və biz ABŞ olaraq kömək edəcəyik”, - Bayden çıxışı zamanı deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








