"Avtokreditlər üzrə faizlər yüksəkdir, aşağı faiz ekoloji avtomobillərə əlçatanlığı artırar"
Ekoloji təmiz nəqliyyatın istifadəsini stimullaşdırılması üzrə Yol Xəritəsi hazırlanıbAzərbaycanda bu il ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirilmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə Yol Xəritəsi hazırlanıb.
Bu sənəd "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda keçirilən mətbuat konfransında təqdim olunub.
Tədbirdə çıxış edən ekspert, Yol Xəritəsini hazırlamış İşçi Qrupun üzvü Eldəniz Cəfərov qeyd edib ki, 2030-cu il üçün müəyyən edilmiş milli prioritetlərin realllaşması üçün ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılmasının əhəmiyyəti var.
"Ölkədə ekoloji təmiz avtomobillərin istismarı üçün münasib şəraitin yaradılması məhz bu sahədə artıma səbəb olub. Son illərin statistikasına fikir versək görərik ki, ölkəmizə idxal olunan köhnə avtomobillərin sayı azalır, yerinə daha müasir və ekoloji təmiz avtomobillərin sayı artır. Hesab edirik ki, bu prosesə özəl sektor da öz töhfəsini verəcək. Hazırda avtokreditlər üzrə faizlər bir qədər yüksəkdir. Banklar daha aşağı faiz ilə və daha uyğun şərtlərlə avtomobil kreditləri təklif edə bilər. Bu isə yeni, ekoloji avtomobillərə əlçatanlığı artırar. Hesab edirəm ki, həm dövlət, həm də özəl sektorun irəli sürəcəyi təşəbbüslər 2022-ci il ərzində təklif ediləcək", - deyə o, qeyd edib.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















