Gömrük Komitəsi yeni binasının tikintisinə milyonlar xərcləyir - 4,6 MİLYON MANATLIQ YENİ MÜQAVİLƏ
Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının telekommunikasiya, rabitə, mühafizə və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə işlərin həyata keçirilməsi ilə əlaqədar mal iş və xidmətlərin satın alınması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, qalib şirkət "FF Construction" MMC-dir.
Komitə qalib şirkət ilə 4 milyon 585 min 707 manat olan müqavilə imzalayıb.
Ötən ilin Oktyabr ayında, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının isitmə-soyutma, ventilyasiya, kondisionerləşdirmə, su təchizatı, kanalizasiya, avtomatik yanğınsöndürmə sistemlərinin, qazanxananın və nasosxananın quraşdırılması üzrə işlərin həyata keçirilməsi ilə əlaqədar mal iş və xidmətlərin satın alınması" üzrə keçirdiyi tenderi yekunlaşdırmışdı. Tenderin qalibi "ALFA-R ENGİNEERİNG" MMC olmuşdu. Komitə qalib şirkət ilə məbləği 9 milyon 428 min 200 manat olan müqavilə imzalamışdı.
HƏMÇİNİN OXU: Dövlət Gömrük Komitəsi bahalı bina tikdirir - 30 MİLYONLUQ YENİ MÜQAVİLƏ
Bundan əvvəl, yeni inzibati binanın fasadının üzlənməsi "FF Construction" MMC şirkətinə sifariş olunmuşdu. Bu şirkət ilə məbləği 7 milyon 576 min 421 manat olan müqavilə bağlanmışdı.
Həmçinin Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının tikintisi üzrə bir sıra işlər “Progress” Sənaye İstehsalat Şirkətinə həvalə olunmuşdur. Bu şirkət ilə məbləği 30 milyon manatlıq, 1 milyon 92 min manatlıq və 1 milyon 332 min manatlıq olmaqla cəmi 32 milyon 424 min manatlıq müqavilələr imzalanıb.
Yeni inzibati binasının tikintisi üzrə yuxarıda adları çəkilən 3 şirkət ilə bağlanılmış müqavilələrin cəmi məbləği 54 milyon manatı aşıb.
HƏMÇİNİN OXU: Gömrük Komitəsindən yeni bina üçün 9,4 milyon manatlıq sifariş
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















