Yeni şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır - ŞƏRTLƏR
Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni avtobus marşrutları ilə bağlı müsabiqə elan edir.
Xidmətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, şŞəhərlərarsı sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Horadiz (Füzuli)-Bakı, Bakı-Sabirabad-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.
Müsabiqə şərtlərinə əsasən, Bakı-Horadiz (Füzuli)-Bakı istiqaməti üzrə daşıyıcıların ən azı 3, Bakı-Sabirabad-Bakı istiqaməti üzrə 2 orta və iri tutumlu avtobusu olmalıdır.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri 29 aprel 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə 13 may 2022-ci il saat 17:00-dək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər.
İddiaçıların təkliflər paketlərini 26 may 2022-ci il tarixində müsabiqə keçirilən zaman komissiya üzvləri açacaqlar. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
20 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















