“Aprelin 1-nə qədər rublla ödəniş təsdiqlənməsə, qazın nəqli dayanmayacaq”
Kremlin sözçüsü qeyd edib ki, Putin Avropa liderləri ilə söhbətlərində yeni qaz ödənişi sxemini rəsmən elan edilməmişdən əvvəl ümumi şəkildə onları məlumatlandırıb.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü jurnalistlərə müsahibəsində bildirib ki, alıcıların aprelin 1-nə qədər rublla ödənişi təsdiqləməsələr, Rusiya qazının tədarükü dayandırılmayacaq.
"İndiyə qədər vəziyyət belədir. Dünən mənə çoxlu suallar verdilər ki, bu o deməkdirmi ki, rublla bağlı heç bir təsdiq olmasa, aprelin 1-dən qazın verilməsi kəsiləcək. Xeyr, bu o demək deyil. Dünən imzalanmış fərmandan irəli gəlmir ki, hazırda davam edən tədarükün ödənişi bu gün həyata keçirilməlidir, ayın ikinci yarısının sonunda, aprelin sonunda edilməlidir, hətta mayın əvvəlində”, - Peskov izah edib.
Qazın pulunun ödənilməsi üçün Rusiya banklarında hesabların açılması üçün son tarixlə bağlı sualı cavablandıran Peskov təfərrüatlar üçün "Qazprom"la əlaqə saxlamağı tövsiyə edib.
Kremlin sözçüsü qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Avropa liderləri ilə söhbətlərində qazın dəyərinin ödənilməsinin yeni sxemini cümə axşamı rəsmən elan edilməmişdən əvvəl açıqlayıb. "Ümumiyyətlə, o, bu sxemi onlara izah edib."
"Qazın dost olmayan ölkələrə rublla tədarükü ilə bağlı qərar gələcəkdə ləğv oluna bilər, lakin indi bu, Moskva üçün ən etibarlı variantdır", - prezidentin mətbuat katibi vurğulayıb.
"Əlbəttə, əgər başqa şərtlər yaranarsa. Amma indiki şəraitdə rubl bizim üçün ən üstün və etibarlı variantdır", - o deyib.
Kreml nümayəndəsinin diqqəti Putinin bir gün əvvəl səsləndirdiyi sözlərə də yönəlib. Cümə axşamı dövlət başçısı qeyd edib ki, Avropa ölkələri Rusiyadan qazın bir hissəsini faktiki olaraq pulsuz alıblar, çünki onlar “avro ilə ödəyiblər, sonra isə bunu özləri dondurublar”.
Peskovdan rublla qaz ödənişləri haqqında fərmanın artıq tədarük edilmiş resurslara da şamil edilə biləcəyi də soruşulub. "Xeyr, əlbəttə ki, onun geriyə qüvvəsi yoxdur", - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib.
Qazprom-dan bildiriblər ki, qazın rus rublu ilə ödənilməsinin yeni proseduru ilə bağlı bildirişlər bu gün rəsmi olaraq qarşı tərəflərə göndərilib.
"Rusiya qazının ixrac üçün tədarükü üçün ödənişlər Rusiya Federasiyasının qaydalarına uyğun olaraq həyata keçiriləcək", - Qazprom bildirir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
