İki Rusiya şirkəti Ağdam Sənaye Parkında birgə müəssisə yaradır
Azərbaycanın "Rail Trans Service" şirkəti və Rusiyanın "1520" Şirkətlər Qrupu Ağdam Sənaye Parkının ərazisində dəmiryolu avtomatlaşdırma və telemexanika sistemlərinin layihələndirilməsi, qurulması və tətbiqi ilə məşğul olacaq birgə müəssisə yaradacaq.
Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyindən bildirilib ki, Rusiya şirkəti siqnalizasiya, mərkəzləşdirmə və bloklamanın qurulması üzrə qabaqcıl avtomatlaşdırma sistemləri sahəsində bilik və təcrübəsini Azərbaycan tərəfi ilə bölüşəcək.
Bundan başqa, bu sistemlərin Ağdam Sənaye Parkı ərazisində istehsalının təşkili üzrə işlər aparılacaq.
"1520" Şirkətlər Qrupunun beynəlxalq layihələr üzrə Baş direktorunun müavini Dmitri Bolotskinin sözlərinə görə, bu, ən qısa zamanda Azərbaycanda müasir dəmiryolu avtomatlaşdırma sistemini yaratmağa imkan verəcək.
1520 Şirkətlər Qrupu artıq "Rail Trans Service" şirkəti ilə birlikdə Azərbaycanın dəmiryolunun Böyük Kəsik – Ucar hissəsinin siqnalizasiya, mərkəzləşdirmə və bloklamanın müasirləşdirilməsi üzrə layihəni tamamlayıb.Bu hissənin bütün stansiyalarında yeni dəmiryolu siqnalizasiyası qurğularında qatarların dəyişən cərəyanla hərəkətinə start verilib.
Xatırladaq ki, daha əvvəl şirkət Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişçisi olduğu Astara-İran ilə dövlət sərhədi hissəsinin müasirləşdirilməsini həyata keçirib.
Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə 190 hektar ərazidə yaradılıb. Parkda 30-dan çox rezidentin qeydiyyata alınması və 100 milyon manatdan çox investisiya qoyuluşu nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















