ABŞ Xəzinədarlığından Rusiyaya dollar qadağası
ABŞ Maliyyə Nazirliyi Amerika maliyyə institutlarında Rusiyaya məxsus hesablardan Rusiya dövlət borcu üzrə dollarla hər hansı ödənişin aparılmasına icazə verməyəcək. Qərar aprelin 4-dən qüvvəyə minib.
ABŞ administrasiyası istiqraz ödənişləri üçün alternativ maliyyə mənbələri tapmaq məsələsində Moskvaya təzyiq göstərmək məqsədilə Amerika banklarında Rusiyaya məxsus hesablardan Rusiya dövlət borcu üzrə dollarla hər hansı ödənişin aparılmasını dayandırmaq qərarına gəlib.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin sözçüsü bu addımın Rusiyanın valyuta ehtiyatlarından istifadəsini neytrallaşdırmaq və defolt etməsini təmin etmək məqsədi daşıdığını bildirib.
Bazar ertəsi günü Rusiya bir istiqraz üzrə ödəniş etməli idi.
Defoltla bağlı əvvəlki xəbərdarlıqlara baxmayaraq, Rusiya hökuməti indiyədək beynəlxalq investorlar qarşısında öhdəliklərinin heç birini gecikdirməyib.
Ölkə tədavül müddəti 2035-ci ilədək olan avrobondun 102 milyon dollarlıq kupon ödənişini həyata keçirib.
Rusiyanın Aprelin 4-də həyata keçirdiyi proqnozlaşdırılan 2 milyard dollarlıq ödəniş ilin ən böyük ödənişi kimi diqqət çəkir.
Ölkə daha əvvəl 117,2 və 66 milyon dollarlıq kupon ödənişləri həyata keçirmişdi.
Rusiyanın təxminən 40 milyard dollar məbləğində15 beynəlxalq dövlət istiqrazı var. Ukrayna böhranından əvvəl bunun təxminən 20 milyard dolları Rusiyadan kənarda investisiya fondlarının və fond menecerlərinin əlində idi.
Defolt narahatlıqları artıb
Rusiyanın “dost olmayan” ölkələrin investorlarına istiqrazlar üzrə kupon ödənişlərini rublla edəcəyi ilə bağlı açıqlamalarından sonra kredit reytinq agentlikləri ödənişlərin yerli valyuta ilə aparılmasının defolt demək olacağını açıqlayıblar.
ABŞ Xəzinədarlığı Rusiya Mərkəzi Bankı və digər qurumlara qarşı tətbiq edilən sanksiyaların ən azı may ayına qədər ölkənin dollarla borclarını ödəməsinə mane olmayacağını açıqlayıb.
S&P Rusiyanın kredit reytinqini mənfi olaraq qiymətləndirib və qeyd edib ki, "Rusiya razılaşdırılmış şəkildə borc öhdəliklərini yerinə yetirməsə və qurum bu ödənişləri əlavə vaxt ərzində həyata keçirə bilməyəcəyinə qərar verərsə" defolt edə bilərlər.
Ehtiyatları azalır
Rusiyanın valyuta ehtiyatlarında azalma müşahidə olunub.
Rusiya Mərkəzi Bankının açıqlamalarına görə, ötən həftə ölkənin valyuta və qızıl ehtiyatları azalaraq 604,4 milyard dollar olub. Bu göstərici avqust ayından bəri ən aşağı ehtiyat səviyyəsidir.
Fevraldakı pik səviyyə ilə müqayisədə ölkənin ehtiyatları 38,8 milyard dollar azalıb.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
