İsrailin 2 aviaşirkətinə Bakıya müntəzəm reyslərin yerinə yetirilməsi üçün icazə verilib
AZAL prezidenti və İsrailin turizm naziri hava əlaqələrinin genişləndirilməsini müzakirə ediblər5 aprel tarixində AZAL prezidenti Cahangir Əsgərovun və İsrailin turizm naziri Yoel Razvozovun görüşü keçirilib.
Tərəflər ölkələr arasında, o cümlədən mülki aviasiya və turizm sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər. AZAL prezidenti və İsrailin turizm naziri yüksək tələbatla əlaqədar iki ölkə arasında birbaşa reyslərin sayının artırılması imkanları barədə fikir mübadiləsi aparıblar.
““COVİD-19” ilə bağlı bir sıra məhdudiyyətlərin yumşaldılmasından sonra İsrail Azərbaycan aviaşirkətinin müntəzəm uçuşları bərpa etdiyi ilk istiqamətlərdən biri olub. Hazırda AZAL aviaşirkəti Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar yerinə yetirir”, - deyə Cahangir Əsgərov bildirib.
Görüşün yekunları üzrə AZAL-ın yay uçuş cədvəli çərçivəsində Təl-Əvivə reyslərin sayını həftədə 5 dəfəyə qədər artıracağı barədə qərar qəbul edilib.
Cahangir Əsgərovun sözlərinə görə, İsrailin “İsrair Airlines” və “Arkia” aviaşirkətlərinə də Bakıya müntəzəm reyslərin yerinə yetirilməsi üçün icazə verilib.
İsrailin turizm naziri Yoel Razvozov bildirib ki, reyslərin sayının artması Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da möhkəmlənməsinə, həmçinin turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək. O qeyd edib ki, ölkələr arasında aviadaşımaların əvvəlki həcminin bərpasında hər iki tərəf maraqlıdır.
Görüşün sonunda mülki aviasiya sahəsində uğurlu tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə gələcək əməkdaşlıq haqqında razılıq əldə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















