Rusiya- Azərbaycan sərhədində yük maşınları üçün əlavə zolaq açıldı
Sanksiyalar tətbiq edilən Rusiya Azərbaycanla sərhəddə yük maşınları üçün əlavə zolaq istifadəyə verdi. Məqsəd ölkəyə Azərbaycan, Türkiyə və İrandan daha çox təzə tərəvəz və meyvələrin çatdırılmasıdır.Dağıstanın Yaraq-Kazmalyar keçid məntəqəsində Azərbaycanla sərhəddə yük daşımaları üçün əlavə zolaq istifadəyə verilib.
Marja-nın məlumatına görə, Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidmətindən çərşənbə günü jurnalistlərə bildiriblər ki, bu, məntəqənin keçid qabiliyyətini 100 yük avtomobili artıracaq.
"Azərbaycanla sərhəddə, Yaraq-Kazmalyar keçid məntəqəsində yük avtomobillərinin gömrük ərazisindən çıxışı üçün əlavə zolaq istifadəyə verilib. Bu zolaq məntəqənin keçid qabiliyyətini gündə 100 yük maşını artırır və növbədə gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldır".
Qeyd olunur ki, bu keçid məntəqəsində yük normadan 1,5 dəfə çox olmaqla hər iki istiqamət üzrə sutkada 500-550 avtomobil təşkil edir.
"Anti-Rusiya sanksiyaları və Rusiya Federasiyasının Avropa ölkələri ilə yükdaşıma əlaqəsini əngəlləmək üçün birbaşa cəhdlər kontekstində Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyəti və tələbat xüsusilə artır. Bu dəhliz Azərbaycan, Türkiyə və İrandan Rusiyaya malların, ilk növbədə təzə tərəvəz və meyvələrin çatdırılmasında mühüm əhəmiyyətə malikdir”, - deyə Rusiya Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davıdov bildirib.
Yaraq-Kazmalyar 2020-ci ilin iyul ayından iş dayandırılmadan yenidən qurulur. Keçid məntəqəsinin yenidən qurulmasında məqsəd onun keçid qabiliyyətini artırmaq, nəzarət prosedurlarının həyata keçirilməsi vaxtını azaltmaq, sərhədi keçən vətəndaşlar üçün rahat şərait yaratmaqdır. Yenidənqurma işlərinin nəticələrinə görə, Yaraq-Kazmalyar beynəlxalq keçid məntəqəsinin buraxılış qabiliyyəti sutkada 730 minik avtomobili, 630 yük maşını, 40 avtobus və 4000 nəfər olmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















