“PAŞA Kapital” beynəlxalq mükafatlara layiq görüldü
(®) PAŞA Kapital İnvestisiya Şirkəti dünyanın tanınmış maliyyə jurnalı olan “International Finance” tərəfindən iki fərqli nominasiya üzrə təltif edilmişdir.
2012-ci ildə yaradılan və artıq neçə illərdir ki, Azərbaycanın investisiya bazarında öz lider mövqeyini qoruyan PAŞA Kapital şirkəti 2021-ci il fəaliyyətinə əsasən “International Finance” maliyyə dərgisi tərəfindən “Azərbaycanın Ən Yaxşı Broker Şirkəti” və “Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti” nominasiyalarında təltif edilib.
“International Finance” jurnalı Böyük Britaniyanın International Finance Publications Limited şirkəti tərəfindən çap edilən premium biznes və maliyyə dərgisidir. Əsas yönümü inkişaf etməkdə olan bazarlar və Avropa regionu olan dərgi bankçılıq və maliyyə, islam maliyyələşməsi, portfel idarəçiliyi, hedc fondlar və pensiya fondları, daşınmaz əmlak, fintech və bu kimi sahələrdə yazılar və araşdırma materialları dərc edir. International Finance dərgisi və vebsaytı (www.internationalfinance.com) Avropa və Yaxın Şərq regionunda artan oxucu kütləsinə sahibdir.
Maliyyə dərgisi tərəfindən həyata keçirilən maliyyə mükafatlandırmaları əsas fəaliyyəti üzrə dayanıqlı biznes nəticələri nümayiş etdirən, eləcə də regional maliyyə icmalarının bəhrələnə biləcəyi çevik biznes yanaşmaları ilə yaddaqalan maliyyə təşkilatlarını tanıtmaq və mükafatlandırmaq məqsədini daşıyır.
Mükafatın təqdimetmə mərasimi Mart ayının 24-də, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutmuşdur. Mərasimdə şirkəti PAŞA Kapitalın direktoru Ceyhun Hacıyev və direktor müavini Ruslan Xəlilov təmsil edib.

Ceyhun Hacıyev mükafatlandırma ilə bağlı açıqlamasında qeyd edib ki, "biz PAŞA Kapital komandası olaraq, Azərbaycan maliyyə bazarında daim investisiya xidmətlərinin müştəri tələbinə uyğun strukturlaşdırılmasına və müştərilərimizin maliyyə, eləcə də yatırım məsələlərinin operativ şəkildə həll olunmasına çalışırıq. Əldə olunan biznes uğurları müştəri və investor kütləsinin bizimlə əməkdaşlığı yüksək qiymətləndirməsinin nəticəsidir ki, bu gün "IF Awards" jurnalı tərəfindən bu mükafata layiq görülürük".


PAŞA Kapital şirkəti gələcək illərdə də xidmət səviyyəsinin ən yüksək səviyyədə saxlanılmasını və yeni investisiya həllərinin tətbiqini əsas prioritet istiqamət olaraq müəyyənləşdirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
- 8 d. əvvəl
- 14 d. əvvəl
-
28 d. əvvəl
Leobank və Wolt müştərilər üçün ödənişsiz abunəlik kampaniyasına start verib
- 32 d. əvvəl
-
1 saat əvvəl
"Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub" - BƏYANAT
- 1 saat əvvəl
-
1 saat əvvəl
"400–450 milyon dollarlıq valyuta bazarda satılmadı, Maliyyə Nazirliyinə transfer edildi"
-
1 saat əvvəl
Əhali banklara daha çox valyuta satıb - "Təklif 70 milyon dollar, tələb 54 milyon dollar olmuşdur"
-
1 saat əvvəl
"Uçot dərəcəsindəki dəyişikliklərin kredit və depozit faizlərinə təsiri müşahidə olunub"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
"Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub" - BƏYANAT
Mərkəzi Bank lombard fəaliyyətini tənzimləməyə hazırlaşır
Ən çox oxunanlar
"400–450 milyon dollarlıq valyuta bazarda satılmadı, Maliyyə Nazirliyinə transfer edildi"
Əhali banklara daha çox valyuta satıb - "Təklif 70 milyon dollar, tələb 54 milyon dollar olmuşdur"
"Uçot dərəcəsindəki dəyişikliklərin kredit və depozit faizlərinə təsiri müşahidə olunub"
Mərkəzi Bankın sədri profisitin azalacağını bəyan etdi
Taleh Kazımov 2026–2027-ci illər üzrə proqnozları açıqladı

























