Azərbaycanda yeni logistika mərkəzi yaradılır - 25 milyon manat investisiya!
Həftənin 7 günü 5000 mağazaya xidmət göstəriləcək.Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistika” MMC-yə məxsus 11,000 m² ərazini əhatə edən sahəyə malik yeni təzə və dondurulmuş logistika mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulur.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Məhəmmədi ərazisində yerləşəcək müasir logistika mərkəzindən həftənin 7 günü boyunca 5000 mağazaya xidmət göstəriləcək.
Necə oldu ki, yeni mərkəzin inşasına ehtiyac yarandı?
Məlumatda qeyd edilib ki, Veysəloğlu Şirkətlər Qrupunun missiyasına uyğun olaraq, əsas hədəflərindən biri də məhsulların düzgün saxlanılmasını, marketlərə vaxtında və təhlükəsiz çatdırılmasını təmin etməkdir. “Araz” supermarketlər şəbəkəsi, “Oba” marketlər şəbəkəsi və “Veysəloğlu Distribusiya” şirkəti vasitəsilə müştərilərə təqdim olunan məhsulların təzəliyinin qorunması məqsədilə soyuq anbarın tikilməsinə ehtiyac yarandı. “AVT Logistika” MMC-nin İdarə Heyətinin sədri Co Daybelin (Joe Dybell) sözlərinə görə, artıq polad tökülüb və növbəti həftələrdə daha əsaslı işlərin görülməsi nəzərdə tutulur.
Bu mərkəzin üstünlüyü nə olacaq?
Co Daybel (Joe Dybell): “Biz soyuq şəraitdə saxlanılmalı olan qidanın istehsalından başlayaraq, daşınma, saxlanma və satış daxil olmaqla, bütün pillələrdə soyuq zəncirin qırılmaması üçün çalışırıq. Vahid distribusiya mərkəzimiz vasitəsilə həm yerli, həm də beynəlxalq təchizatçılarla əməkdaşlıq edəcəyik. Biznesin həcmi müştərilərimiz üçün daha uyğun qiymətlərin əldə olunması ilə bağlı danışıqlar aparmağa imkan yaradacaq və beləliklə, dükanlara ən uyğun qiymətə daşınmalar həyata keçirə biləcəyik”.
Məhsulların mükəmməl şəraitdə çatdırılmasına və yollarda kilometri azaltmağa xidmət edəcək 35 ədəd ikili temperaturu olan yük avtomobillərinin alınması üçün də investisiya yatırımı edilib. Bu nəqliyyat vasitələrinin arxa qismi 2 hissəyə ayrılır və müvafiq avadanlıqlarla təchiz olunaraq lazımi temperaturu saxlaya bilir.
Veysəloğlu Şirkətlər Qrupunun Keyfiyyət İdarəetmə direktoru Anar Cümşüdovun sözlərinə görə, yeni logistika mərkəzində dondurulmuş, təzə ət və süd məhsullarını, həmçinin meyvə və tərəvəzi ən yüksək keyfiyyətlə saxlamaq mümkün olacaq.
Yeni iş imkanları
Yeni mərkəzin açılışı ilə daha 600 nəfər üçün iş imkanı yaradılacaqdır. Bu da istedadların yetişdirilməsinə, karyera ilə təmin edilməsinə və dünya standartlarına uyğun inkişafına töhfə verildiyinin göstəricisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















