Netflix abunəçilərinin sayında kəskin azalma
Netflix ilin birinci rübündə 200 000 abunəçisini itirib. Şirkətin dünya üzrə ümumi abunəçilərinin sayı 221,6 milyon nəfər təşkil edib. Birinci rübün nəticələrinin açıqlanmasından sonra şirkətin səhmləri 25 faizdən çox ucuzlaşıb.
Netflix bu ilin birinci rübü üzrə balans hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, Netflix-in abunəçilərinin sayı 2022-ci ilin birinci rübündə 200 min azalıb.
Hesabata görə ilin ilk rübündə şirkətin gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 7,9 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin gəliri 7,2 milyard dollar təşkil etmişdi.
Şirkətin xalis mənfəəti isə birinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 1,6 milyard dollar olub. Keçən ilin birinci rübündə Netflix-in xalis mənfəəti 1,7 milyard dollar təşkil etmişdi.
Şirkətin bir səhm üzrə qazancı da eyni dövrdə 3,75 dollardan 3,53 dollara düşüb.
10 ildən artıq müddətdə ilk dəfə abunəçilərin sayı azalıb
Netflix abunəçilərinin sayı ilin birinci rübündə 200 min azalıb. Bu müddət ərzində Netflix-in abunəçilərinin sayının 2,5 milyon artacağı gözlənilirdi. Martın əvvəlində Ukraynaya hücumundan sonra Rusiyadakı xidmətini dayandırmaq qərarı Netflix-in 700 000 üzvünün itirilməsi ilə nəticələnib. Yeni abunəçilərin 500 min artması 700 minlik itkini bağlamağa kifayət etməyib.
Netflix-in dünya üzrə cəmi 221,6 milyon abunəçisi var.
Sonuncu abunəçi itkisini 2011-ci ilin oktyabr ayında açıqlayan Netflix abunəçi itkisinin ilin ikinci rübündə də davam edəcəyini və itkinin 2 milyona çatacağını qeyd edib.
Bu məlumatların fonunda Netflix səhmləri ticarət öncəsi 25,7% ucuzlaşıb.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 10 saat əvvəl
-
11 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
