Azərbaycana gələn turitlərin sayı 2 dəfədən çox artıb
Körfəz ölkələrindən gələnlərin sayı 3 dəfə artarıb.Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 149 ölkəsindən 246,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 24,7 faizi Türkiyə, 14,4 faizi İran, 5,8 faizi Gürcüstan, 3,4 faizi Ukrayna, hər birindən 3,1 faiz olmaqla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Pakistan, 1,6 faizi Küveyt, 1,3 faizi Qazaxıstan, hər birindən 1,2 faiz olmaqla Hindistan və Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla Almaniya və Oman, hər birindən 0,7 faiz olmaqla Belarus və ABŞ, hər birindən 0,6 faiz olmaqla İsrail və Özbəkistan, 6,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 79,7 faizini kişilər, 20,3 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 649,0 dəfə, Səudiyyə Ərəbistanından - 168,5 dəfə, Küveytdən - 167,1 dəfə, Bəhreyndən - 50,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 47,7 dəfə, Pakistandan - 29,5 dəfə, Hindistandan - 11,0 dəfə, İsraildən - 6,3 dəfə, ABŞ-dan - 5,6 dəfə, Qazaxıstandan - 3,6 dəfə, Fransadan - 3,5 dəfə, Ukraynadan - 3,0 dəfə, Böyük Britaniyadan - 2,2 dəfə, İrandan - 1,9 dəfə, Türkiyədən - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan - 14,9 faiz artmışdır.
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,0 dəfə artaraq 58,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 10,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 84,3 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 54,0 faizi hava, 44,2 faizi dəmir yolu və avtomobil, 1,8 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,7 dəfə artaraq 298,5 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,3 dəfə artmışdır. Ölkə vətəndaşlarının 44,5 faizi Türkiyəyə, 18,7 faizi Rusiya Federasiyasına, 12,9 faizi İrana, 8,0 faizi Gürcüstana, 15,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66,4 faizini kişilər, 33,6 faizini qadınlar təşkil etmişdir.
2022-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 58,4 faizi hava, 39,2 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 59 d. sonra
-
- 29 d. əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















