"Biznesleydi kimi üzdə xoşbəxt görünən qadınların bir çoxunun daxilində böyük bir tənhalıq hissi var"
"Zamanın düzgün idarə edilməsi xoşbəxtliyi təmin edən əsas amillərdən biridir"Zaman keçdikcə cəmiyyətdə işgüzar xanımların sayı artır. İş həyatı xanımlara özünü cəmiyyətdə təstiq etmək və iqtisadi asılılıqdan azad olmaq şansı yaradır. Lakin bütün üstün tərəflərinə baxmayaraq, işgüzar xanımların qarşılaşdığı problemlər çox vaxt eyni olur. Sosial təminat, cəmiyyətdə tutduqları mövqe, iş həyatındakı nailiyyətlərlə yanaşı ailə qayğıları, həyat yoldaşı və övladlarla münasibətlər...
İşgüzar xanımlar bu iki sahə arasında düzgün balans qura bilmək üçün nə etməlidir? Marja.az mövzu ilə bağlı azərbaycanlı həkim, biznes təlimçi Nəcəf Allahverdiyevin müsahibəsini təqdim edir.
-Cəmiyyətdə təyin edilən qadın modelindən fərqli olaraq, artıq işgüzar xanımların sayı getdikcə artır. Karyera qurmaq arzusunda olan xanımlara nə məsləhət görərdiniz?
-İlk olaraq cəmiyyətdə hökm sürən mənfi stereotipə nəzər salmaq istərdim. Qadınların iş həyatı ilə bağlı cəmiyyətdə əsasən 2 yanaşma mövcuddur. Əvvəllər qadınların işləməsi, təhsil alması, hansısa işlə məşğul olmasına qarşı çıxırdılar. Bu yanaşmanın yanlış olmasına baxmayaraq, çox təəssüf ki, bugün də bəzi insanlar bu cür düşünür.
İkinci yanaşma isə bugünki gənc nəsil arasında daha çox dəbdə olan düşüncələrdir. Bu yanaşmada qadınlara kişilərə yanaşıldığı kimi yanaşılır. Onların iş tapması, biznes qurması, cəmiyyətdə özünə yer tapması, ev alması, maşın alması bir hədəf kimi qarşılarına qoyulur və gənc qızlar bu hədəfə çatmağı qarşılarında əsas məqsəd kimi gördüklərinə görə, bir çox dəyərlərdən kənarda qalırlar. Belə ki, normalda hansısa qadının bu məqsədlərin bir qisminə çatması 33-35 yaşlarına təsadüf edir. Bu dövr ərzində qarşısına qoyulan məqsədlərə çatmaq üçün çalışan xanım təbii ki, zamansız olduğunu düşündüyündən evlilik təkliflərini də dəyərləndirmir.
Artıq 35 yaşında qadın həyatına nəzər saldıqda, müəyyən maddi nailiyyətlər qazanmış olsa da, ailə və övlad sahibi olmadığının fərqinə varır. Yəni biznesleydi kimi üzdə xoşbəxt görünən qadınların bir çoxunun daxilində böyük bir tənhalıq hissi var. Məhz buna görə də, qadınlara maddi uğurlarından və nailiyyətlərindən müvəqqəti deyil, daimi zövq ala bilmək üçün iş həyatı ilə paralel ailə həyatını da düşünməyi məsləhət görürəm. Düzgün ailə qurmaq, övlad sahibi olmaq hər bir qadının arzusudur və qadınlar hansısa məqsədlərə çatmaq üçün özlərini bü cür dəyərlərdən məhrum etməməlidir.
-Bir çox işgüzar qadınlar iş və şəxsi həyat arasında düzgün balans qurmaqda çətinlik çəkir. Ailə, uşaqların tərbiyəsi, ev işləri, şəxsi baxım kimi digər məsuliyyətləri də nəzərə alsaq, işgüzar xanımlar zamanlarını düzgün idarə etmək üçün nə etməlidirlər?
-Bu, kifayət qədər çətin mövzudur. Bugünki cəmiyyətdə qadınların həm iş, həm də ailə həyatında uğur qazanması üçün zamanın düzgün idarə edilməsi şərtdir. Burada təbii ki, ailə üzvləri arasında qarşılıqlı anlayış da önəm daşıyır. Əsas məsələ qızıl orta xətti tuta bilməkdir. Əgər zamanınızı düzgün balanslaşdırılmış şəkildə idarə edə bilirsinizsə, hər iki sahədə uğurlu ola bilərsiniz. Bəli, bu kifayət qədər çətindir, lakin həm psixoloji, həm də fizioloji baxımdan çox faydalıdır. Zamanın düzgün bölünməsi baxımından Time Menecment təlimi faydalıdır. Günün planlanması, prioritetlərin düzgün təyin edilməsi, iş həyatı ilə ailə arasındaki balansı təmin edə bilmək üçün çox vacibdir. Xoşbəxtliyin məşhur bir formulası var. Əgər insan işə sevinərək gedirsə və işdən evə sevinərək qayıdırsa, xoşbəxtdir! Bir sözlə, zamanın düzgün idarə edilməsi xoşbəxtliyi təmin edən əsas amillərdən biridir.
- Müsahibə üçün, təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"





















