Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “Araz” üçün təlim keçirib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinə peşəkar qiymətləndirmə və məsləhət xidmətləri sahəsində yaxından dəstəyini davam etdirir.
AQTA-nın yaydığı məlumatda bildirilir ki. müəssisələrdə fəaliyyətin müvafiq standartlarda təşkili, eyni zamanda iştirakçıların uyğun bilik və bacarıqlarının artırılmasına yönələn növbəti təlim Veysəloğlu Şirkətlər Qrupunun müraciətinə uyğun olaraq, “Araz” supermarketlər şəbəkəsində baş tutub.
AQTİ-nin peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilən təlim zamanı müəssisə daxilində iş sahələri və ərzaq saxlama otaqlarına hərtətəfli baxış keçirilib, işçilərə yerində metodiki məlumatlar verilib.
Eyni zamanda müəssisədə “Yeyinti məhsulları haqqında” qanun, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi, o cümlədən qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektlərində HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin mərhələli tətbiqi, prinsipləri barədə geniş məlumat və qanunvericiliyə müvafiq tələblər üzə tövsiyələr verilib.
Qeyd edək ki, qida təminatının aparıcı sektorları (ictimai-iaşə, pərakəndə satış, istehsalat, ayaqüstü qidalar) üzrə artıq bir neçə müəssisədə fərdi yanaşma şəklində uğurla icra olunan qiymətləndirmə və məqsədi xidmətlərinin məqsədi müəssisələrin beynəlxalq standartlara, həmçinin yerli qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasıdır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















