Azərbaycan mehmanxanalarında yerlərin 90%-ə yaxını boşdur
2022-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz artaraq 435,3 min olmuşdur.
Marja.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata itinadən xəbər verir ki, gecələmələrin 48,5 faizi Bakıda, 10,8 faizi Qusarda, 8,0 faizi Qubada, 7,6 faizi Qəbələdə, 6,1 faizi Şabranda, 3,4 faizi Naftalanda, 3,1 faizi Lənkəranda, 2,3 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Şamaxıda, 1,1 faizi Mingəçevirdə və 7,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 263,3 min olmuşdur ki, bu da ümumi gecələmələrin 60,5 faizini təşkil edir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 172,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 39,5 faizini təşkil edir. Gecələmələrin 14,2 faizi Rusiya Federasiyası, 12,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 10,3 faizi Türkiyə, 8,7 faizi Səudiyyə Ərəbistanı, 5,4 faizi Küveyt, 4,0 faizi Böyük Britaniya, 3,1 faizi ABŞ, 2,6 faizi İsrail, 2,1 faiz Pakistan, 2,0 faizi Qazaxıstan, 1,7 faizi Almaniya, 1,6 faizi Qətər, 1,5 faizi İtaliya, 1,3 faizi İran, 1,3 faizi Gürcüstan, 1,3 faizi Hindistan, 1,2 faizi Ukrayna, 0,8 faizi Niderland, 0,7 faizi Fransa, 23,4 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 70,8 faizi Bakıda, 12,4 faizi Qusarda, 5,8 faizi Qəbələdə, 3,5 faizi Naftalanda, 2,9 faizi Qubada, 1,5 faizi Şabranda,1,0 faizi Naxçıvan Muxtar Respublikasında, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
2022-ci ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz artaraq 59,7 milyon manat olmuşdur ki, onun da 54,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,8 faizi ictimai iaşə xidmətlərindən, 3,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2022-ci ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 10,9 faiz səviyyəsində olmuşdur (2021-ci ilin yanvar-mart aylarında 7,8 faiz) (birdəfəlik tutumunun 89,1%-i istifadəsiz qalıb). Bu göstərici Şabranda 85,5 faiz, Qubada 29,6 faiz, Beyləqanda 28,0 faiz, Qusarda 27,2 faiz, Naftalanda 26,4 faiz, Ağcabədidə 20,5 faiz, Göyçayda 17,7 faiz, Sabirabadda 17,7 faiz, Qəbələdə 15,3 faiz, Bakıda 14,0 faiz, Lənkəranda 13,9 faiz, Bərdədə 11,9 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 59 d. sonra
-
- 29 d. əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















