“Nar”-dan “Yay kampaniyası”
Gündə 59 qəpik ödə, 25 dəqiqə və 100 Mb internet trafiki qazan!
“Nar” yeni “Yay kampaniyası”nı təqdim edib. Kampaniyaya gündə cəmi 59 qəpik ödəməklə ölkədaxili bütün istiqamətlərdə zənglər üçün 25 dəqiqə və 100 Mb internet trafiki daxildir. Paketə qoşulmaq üçün “Yay” yazıb 777 qısa nömrəsinə göndərmək və ya 777#59#YES şifrəsini yığmaq kifayətdir.
Beləliklə, hər zaman sərfəli qiymətlərlə fərqlənən “Nar” öz abunəçilərinin yay mövsümündə artan mobil rabitə tələblərini qarşılamaq üçün bu səmərəli kampaniyaya start verib. Bu kampaniyadan yararlanan “Nar” istifadəçiləri sevdikləri ilə bol-bol danışmanın dadını çıxara biləcək, yay boyu internetdən istədikləri qədər istifadə edəcəklər. “Yay kampaniyası” ilə “Nar” istifadəçilərinin yay istirahəti daha rəngarəng olacaq.
“Yay kampaniyası” operatorun tarif planları və ya internet paketlərindən biri deyil, mövsümi xarakter daşıyan bir kampaniyadır. Əgər aktivləşdirmə SMS vasitəsilə edilərsə, cari tarifə uyğun olaraq balansdan 1 SMS-in qiyməti qədər məbləğ çıxılır. Aktivləşdirmə barədə SMS aldıqdan sonra telefonu söndürüb yenidən yandırmaq lazımdır.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
“Yay kampaniyası” və operatorun digər tarif və kampaniyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)





