Şirkət sərgidə ilk dəfə hərbi təyinatlı yağlarını nümayiş etdirəcək
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Təcrübə-Sənaye Zavodu” MMC “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə 20-dən çox çeşiddə texnoloji məhsulunu təqdim edəcək.
Marja.az xəbər verir ki, bu barədə “Təcrübə-Sənaye Zavodu” MMC-nin icraçı direktoru, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov məlumat verib.
O, “Təcrübə-Sənaye Zavodu” MMC-nin bu kimi irimiqyaslı sərgilərdə mütəmadi olaraq iştirak edərək ölkəmizi layiqincə təmsil etdiyini deyib. Bildirib ki, zavod hazırda 80-dən çox çeşiddə məhsulun istehsalını həyata keçirir.
“Teknofest Azərbaycan”da təqdim olunacaq məhsullarımız əsasən bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağlarıdır”, - deyə qeyd edən S.Rüstəmov sərgidə ilk dəfə olaraq hərbi təyinatlı yağların nümayiş olunacağını bildirib. İcraçı direktor bu məhsulların hər birinin rəqabətqabiliyyətli olduğunu, bir çox keyfiyyətlərinə görə analoqlarından fərqləndiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, məhsulların hazırlanmasında AMEA-nın Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri institutlarının mütəxəssisləri yaxından iştirak edib və bu məhsullar həmin institutlarla birgə həyata keçirilən layihələr çərçivəsində istehsal edilib. S.Rüstəmov bildirib ki, qeyd olunan texnoloji məhsullara həmin institutların mütəxəssisləri tərəfindən patentlər alınıb.
İcraçı direkor bu kimi yüksək səviyyədə icra olunan sərgilərin AMEA-da istehsal edilən ən son texnoloji yeniliklərin geniş auditoriyaya çatdırılmasına, akademiyanın elmi və istehsalat potensialının nümayişinə imkan verdiyini vurğulayıb. O, müəssisənin istehsal etdiyi məhsulların “Teknofest Azərbaycan” sərgisi iştirakçılarının böyük marağına səbəb olacağına inamını ifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















