Dövlət sosial sığorta haqları “ağarma” prosesi şəraitində 234 milyon manatdan çox artıb
2022-ci ilin yanvar-aprel ayları ərzində vergi daxilolmalarının 68,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb2022-ci ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 35,4 milyon manat vergi daxil olub, proqnoza 150,5% əməl edilib.
Marja.az Xidmətin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 55,2 faiz və ya 1 milyard 791,5 milyon manat artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 430,2 milyon manat olub, proqnoza 133,5 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 860,6 milyon manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 49,7 faiz və ya 1 milyard 139,5 milyon manat artıb.
Regionlar üzrə daxilolmalar 391,0 milyon manat olmaqla, proqnoz 112,9 faiz icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 23,8 faiz artıb.
Ödənilən vergilərin 68,1 faizi qeyri-neft-qaz sektorunun, 31,9 faizi isə neft-qaz sektorunun payına düşüb.
Sosial sığorta ödəmələri
2022-ci ilin yanvar-aprel aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 448,8 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz və ya 234 milyon 348,9 min manat artıb, daxilolmalar üzrə proqnoz 136 milyon 693,4 min manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 912 milyon manat təşkil edib, proqnoz 119,8 faiz icra olunub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən illə müqayisədə 19,2 faiz artaraq 49,2 milyon manat olub, proqnoz 114,4 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 19,8 faiz artaraq 36,1 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 124,3 faiz icra olunub.
Qeydiyyata alınmış vergi ödəyiciləri
2022-ci il may ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,1 faiz artaraq 685.446 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,0 faiz artıb və 36.414 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,4 faiz artaraq 185.874-ə çatıb.
Onlayn nəzarət-kassa aparatlarının tətbiqi
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 58.095 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6,0 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz çoxdur.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
34 d. əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
- 48 d. əvvəl
-
2 saat əvvəl
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
-
3 saat əvvəl
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
-
6 saat əvvəl
Bank və BOKT-laın fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edildi - VİDEO
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin döviyyələri açıqlandı - SİYAHI
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı Fond Birjasında Yanvar çöküşü
Nintendo-dan 2,3 milyard dollar xalis mənfəət
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
"Regional" BOKT 1 milyon manat borclandı
SOCAR-ın nəzdində akademiya fəaliyyətə başlayıb
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Tanınmış qlobal bank bu il qızılın unsiyasının qiymətinin 6 min 300 dollara çatacağını proqnozlaşdırır





















