İstixana kompleksinin rəhbərinə müavin tələb olunur
İşəgötürən: Buta Group
Vakansiya: İstixana kompleksi rəhbərinin müavini
Son tarix 10 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
-İstixananın fəaliyyət istiqamətini müəyyən edir və xarici bazarlara mal çıxarılması məsələlərini təşkil edir və prosesə nəzarət edir;
-İstixananın məhsuldarlığının artırılması üçün təkliflər verir;
-İstixananın Maliyyə, Təchizat, İnsan Resursları və digər bölmələrin fəaliyyətinə nəzarət edir;
-Nəzarət etdiyi struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir.
-Onların işinin yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirir;
-İstixananın fəaliyyətində riskləri müəyyən edir və müvafiq təkliflər verir.
Vəzifəyə olan tələblər:
-Ali təhsil (Biznesin idarə olunması, Ümumi İqtisadiyyat və s. üstünlükdür);
-Rəhbər vəzifədə 5 ilik iş təcrübəsi;
-Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklər;
-İstixana sahəsində rəhbərlik təcrübəsi ;
-Rus və ya ingilis dilində səlis danışıq bacarığı əlavə üstünlük hesab ediləcək;
İş şəraiti:
-İstixana Kompleksi Zirə qəsəbəsində yerləşir;
-İş qrafiki: həftəiçi 6 gün, saat 09:00-dan 17:00-dək, şənbə 09:00-dan 14:00-dək
Vakansiyaya müraciət üçün CV-nizi mövzu hissəsində “İstixana kompleksi rəhbərinin müavini” qeyd edərək [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
“BUTA Group” şirkəti 10 ildən artıq müddətdir ki, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərir. Şirkət “BUTA Agro” brendi atında istixana kompleksində pomidor sortlarının və açıq sahədə kartof yetişdirilməsi ilə məşğuldur. Bakının Zirə kəndində yerləşən istixana kompleksində “AzTomato” brendi altında həm daxili bazar üçün, həm də ixrac məqsədli müxtəlif növ pomidor sortları yetişdirilir. “İsmayıllı Aqropark” brendi altında isə İsmayıllı rayonunda yerləşən Aqroparkda Qafqaz dağlarında xüsusi qulluq olunmuş, dadlı, seçmə kartof yetişdirilir, daha sonra yuyulmuş, təmizlənmiş, qablaşdırılmış kartof marketdə öz alıcılarına qovuşur.
2020-ci ilin fevral ayından şirkətin gübrələr, toxumlar, bitki mühafizə preparatlarının satışı ilə məşğul olan “AzGübrə” brendi fəaliyyət göstərir. “AzGübrə” aqromarketlər şəbəkəsi Respublikamızın 8 iqtisadi rayounda 60 mağaza ilə fermerlərə üstün xidmət göstərərək keyfiyyətli, sertifikatlı məhsulları təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 d. əvvəl
- 9 d. əvvəl
- 11 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
























