Azərbaycanda “ağıllı” arı yeşiklərinin istehsalına başlanılıb
AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan “BEYT” MMC 26-29 may tarixlərində ölkəmizdə keçiriləcək “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə iştirak edəcək.
Marja xəbər verir ki, bu barədə “BEYT” MMC-nin icraçı direktoru Emil Əhmədov məlumat verib.
O, qurumun təqdim edəcəyi layihələrin əhəmiyyətli texnoloji yeniliklər olduğunu bildirib. Qeyd edib ki, festivalda texnoparkda aparılmış uzunmüddətli tədqiqatların nəticəsi olan, rəqabətədözümlü, intellektual texnoloji məhsullar nümayiş olunacaq.
İcraçı direktor sərgidə təqdim olunacaq “Smart” arı yeşiklərinin istehsalının təşkili” layihəsi barədə danışaraq, son zamanlar arı yeşiklərinin intellektuallaşdırılması istiqamətində mühüm işlərin aparıldığını bildirib. O, texnoparkın mütəxəssisləri tərəfindən yeşiklərə yerləşdirilmiş xüsusi sensorlar sayəsində arıçılıq təsərrüfatı ilə məşğul olan sahibkarların əraziyə mütəmadi olaraq getmələrinə ehtiyac qalmadan, uzaq məsafədən mobil telefon vasitəsilə yeşiyin vəziyyətinə nəzarət edə biləcəklərini deyib. “Ağıllı” yeşiklərin temperatur, coğrafi yerləşmə və yerdəyişmə, arıların hərəkəti və xəstəliklərinin diaqnostikası kimi üstünlüklərə malik olduğunu vurğulayıb.
Emil Əhmədov yüksək ixrac potensialı olan məhsulun bu günə qədər ölkəmizə əsasən Fransadan gətirildiyini bildirib, layihənin ölkəmizdə həyata keçirilməsinin rəqabətədözümlü milli intellektual məhsulların istehsal edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
“Ölkəmizdə “ağıllı” arı yeşiklərini istehsal etməklə burada arıçılıqla məşğul olan sahibkarlara daha əlçatan və münasib qiymətə bu innovativ yeniliyi təqdim etmiş olacağıq”, – deyə bildirən icraçı direktor layihənin təsərrüfat subyektlərinə kompleks həllər təklif etdiyini və arıçılıq təsərrüfatının inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.
Qurumun rəsmisi, həmçinin “LED lampa üçün diod və mikrosxemlərin istehsalının təşkili” layihəsindən söz açıb. O, LED lampa üçün diod və mikrosxem istehsalının strateji əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Hazırda bu tip məhsulların Azərbaycana digər ölkələrdən idxal edildiyini söyləyən Emil Əhmədov layihə çərçivəsində istehsal ediləcək yüksək keyfiyyətli məhsulların daxili bazara satışı, eləcə də xarici ölkələrə ixracının nəzərdə tutulduğunu qeyd edib.
O, bu kimi yüksək səviyyədə təşkil olunan sərgilərin Azərbaycanda mövcud şirkətlərin beynəlxalq arenaya inteqrasiyası üçün böyük imkanlar açdığını deyib. İcraçı direktor müəssisənin istehsal etdiyi məhsulların “Teknofest Azərbaycan” sərgisi iştirakçılarının böyük marağına səbəb olacağına və bir sıra xarici partnyorlarla əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcəyinə inamını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
16 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
17 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb


















