Əmanətdən daha çox gəlir gətirən istiqrazlar təklif olunur – illik 24%
Əhaliyə və şirkətlərə daha bir şirkət istiqraz təklif edir.
Bu gün öz vəsaitinizi bankda əmanət hesabında yerləşdirməklə müddətdən və şərtlərdən asılı olaraq illik 12-18% gəlir əldə edi bilərsiniz. Bu gəlirliliyi az hesab edənlər, "Finex" Şirkətlər Qrupunun istiqrazlarını əldə edə bilərlər.
“Marja” xəbər verir ki, bu ilin əvvəlindən başlayaraq "Finex" Şirkətlər Qrupuna aid olan "Finanslizinq" və "Finex Kredit" şirkətləri emissiya olunmuş istiqrazlarını müştərilər üçün təklif edir. İstiqrazlar üzrə illik gəlirlilik USD ilə olan istiqrazlarda maksimum 9%, AZN ilə olan istiqrazlarda isə maksimum 24% təşkil edir. Bu SOCAR-n dollarda emissiya etdiyi istiqrazalarından gəlirlidir. "Finex" istiqrazlarının gəlirliliyi SOCAR istiqrazlarının gəlirliliyindən üstün olsa da, SOCAR daha etibarlı şirkətdir. Belə ki, SOCAR istiqrazlarına geri almaq təminatı verib, onu almış şəxs istənilən vaxt istiqrazını geri satıb pulunu ala bilər.
İstiqraz sahibləri həm fiziki, həm də hüquqi şəxslər ola bilər.
İstiqrazlar hər birinin nominal dəyəri 500 AZN və ya USD olmaqla buraxılır və istənilən müddətə yerləşdirilə bilər.
“Əmanətlərini istiqraza çevirən hər bir şəxs stabil və etibarlı gəlir mənbəyi əldə edir. Bizim üstünlüklərimiz; Finex" İstiqrazları sahibləri sabit faiz gəliri əldə edir, Faizlərin hesablanması vəsaitin daxil edildiyi gündən başlayır, İstiqraz məbləğinə hesablanmış faizlər müştərinin istəyi ilə aylıq, rüblük və ya illik ödənilir, Sənədləşmə qısa zamanda həyata keçirilir, Müştəri istiqraz məbləğini istədiyi vaxta geri çəkə bilər (Bu halda istiqrazın əsas məbləği və vəsaitinin geri çəkildiyi günə olan faizlər müştəriyə tam ödənilir və heç bir cərimə tədbiq edilmir), Müştəri istiqrazların girovu ilə sərfəli şərtlərlə kredit almaq imkanı əldə edir”,- şirkətlər qrupunun məlumatında deyilir.
Təminata gəldikdə isə, "Finex" Şirkətlər Qrupu öz aktivləri ilə vəsaitinizə zəmanət verir. Əgər şirkət iflas edərsə, aktivlərin satışı ilə sizin vəsait qaytarıla bilər.
İstiqrazı almış müştəriyə “İstiqraz faizi+3%” dərəcəsilə kredit də təklif olunur.
Qeyd edək ki, bu ilin fevral ayının əvvəlində AZN ilə olan istiqrazlarda maksimum 20% illik gəlirlilik təklif olunurdu. Martda gəlirlilik faizi ilk öncə 22%-ə sonra isə 24%-ə qalxdı.
İstiqrazları əldə etmək üçün "Finex" Şirkətlər Qrupunun ofisinə yaxınlaşmaq lazımdır.
“Finanslizinq” ASC 2007-ci ildən, “FinEx Kredit BOKT” ASC isə 2013-cü ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
14 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
14 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
15 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















