"Vətəndaşın mənzili istiliklə təmin olunub, borclar ödənilməlidir" - “Azəristliktəchizat”dan açıqlama
Vətəndaş Qocayev Zuar Tahir oğlu Marja.az saytına müraciət edərək, Xətai ray, Sarayevo küç, ev. 7, mən. 81 ünvanında yerləşən mənzilini satdığını və evin yeni sahibinin dövlət istilik təchizatını dayandırıb, kombi sistemi qura bilmədiyini iddia edir.
Müraciətçi iddia edir ki, buna səbəb “Azəristliktəchizat” şirkətinin vermədiyi istiliyə görə ödəniş istəməsidir. Mənzil son 4-5 il ərzində dövlət tərəfindən istilik ilə təchiz edilməyib.
Məsələ ilə əlaqdar “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətləri şöbəsinin rəisi Rafiq Əliyev Marja.az-ın sorğusunu cavablandırıb:
“Xətai rayonu, Sarayev küçəsi 7 saylı yaşayış binasının 81-ci mənzilində vətəndaş Zaur Qocayevin istilik təchizatına dair müraciəti ilə əlaqədar məktubunuza “Azəristiliktəchizat” ASC-də baxılmışdır.
Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, “Azəristiliktəchizat” ASC-nin nümayəndələri və qeyd olunan yaşayış binasının mülkiyyətçisi olan 112 saylı MTK-nın sədrinin iştirakı ilə birlikdə araşdırmalar aparılmışdır.
Nəzərinizə çatdırırıq ki, “Azəristiliktəchizat” ASC-nin əraziyə xidmət göstərən müvafiq İstilik Sistemləri İstismar Sahəsi tərəfindən hər payız-qış mövsümündə aparılan yoxlamalar zamanı qeyd olunan mənzilin cari payız-qış mövsümündə və əvvəlki payıq-qış mövsümlərində istiliklə təmin olunduğu müəyyən edilmiş, yaşayış binasının mülkiyyətçisi olduğu Mənzil Tikinti Kooperativinin sədri tərəfindən qeyd olunan faktlar təsdiq edilmişdir və 81 saylı mənzil “Azəristiliktəchizat” ASC-nin abonent bazasında istilik alan mənzil kimi qeydiyyatdadır.
Eyni zamanda bildiririk ki, həmin mənzilin istilik təchizatına dair bu günə kimi “Azəristiliktəchizat” ASC-yə heç bir ərizə və şikayət daxil olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, həmin mənzilə hesablanan istilik borcları mənzildə istifadə olunmuş istilik təchizatı xidmətlərinin real dəyərini əks etdirir və ödənilməlidir.
Əlavə olaraq bildiririk ki, mənzilin istilik təchizatının mövcud vəziyyətinə baxış keçirilməsi üçün mənzilin hazırki mülkiyyətçisinə dəfələrlə müraciət olunmasına baxmayaraq vətəndaş tərəfindən müvafiq şərait yaradılmamışdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 saat əvvəl
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
13 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
13 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















