"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır"
Ukrayna-Rusiya müharibəsindən sonra Türkiyə TIR-larının Rusiyaya çatış müddəti bir həftədən bir aya qədər uzanıb. Türk TIR-ları Azərbaycandan keçməklə çarəni tapıb. Lakin Azərbaycanın hər TIR-dan 700 dollar rüsum tələb etdiyini deyən daşıyıcılar, bu ödənişin yalnız Türkiyədən alınmasına etiraz edirlər.Rusiya-Ukrayna müharibəsindən əvvəl 7 gün ərzində Rusiyaya çatan Türkiyənin yük maşınları müharibə başlayandan sonra bir aya çata bilirlər. Bu səbəbdən Türkiyənin yük maşınlarının 70 faizi Azərbaycana üz tutub. Bu, hər yük maşını üçün 700 dollar əlavə xərc yaradıb.
Marja.az Türkiyə mətbuatına istinadən xəbər veirrki, Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Abdullah Özer bildirib: “Biz Azərbaycandan rüsum almadığımız halda, Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır. Xərclərimizi artıran bu vəziyyət bizi digər ölkələrin daşıyıcıları ilə rəqabətdə uduzdurur. Xarici dövlət nömrə nişanlı avtomobillər daha ucuz gedib-gəldikəri üçün ixrac mallarımızı onlar daşıyırlar”.
Abdullah Özer əlavə edib:
“Gürcüstan-Rusiya sərhədində Rusiya hakimiyyətinin ayrı-seçkilik əməlləri ilə üzləşdiyimizdən Rusiya-Azərbaycan sərhədindən istifadə etmək istədik. Azərbaycan isə heç bir ölkədən almadıqları rüsumu bizdən almağı tələb edir.
2021-ci ilin iyununda dedilər ki, rüsumları ləğv edəcəyik, parlamentimizdən qanun çıxmasını gözləyirik, amma öyrəndik ki, qanun heç vaxt məclisdə olmayıb. Qardaş bir ölkə bizə bunu edir, başa düşmürük”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
9 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
9 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















