ƏDV tətbiq edilməklə satılmış mallara görə hesablanmış ƏDV məbləğləri azaldılacaq
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, 1 yanvar 2022-ci il tarixdən etibarən sözügedən siyahı təsdiq olunan dövrə qədər vergi ödəyiciləri tərəfindən ƏDV tətbiq edilməklə satılmış həmin mallara görə hesablanmış ƏDV məbləğləri dəqiqləşdirilmiş hesabatlar təqdim edilməklə azaldılacaq.Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azaddır.
Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.
Siyahıya aşağıdakı məhsullar daxildir:
- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı;
- Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton;
- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük;
- Çap edilmiş kitablar, broşürlər, vərəqlər və analoji çap materialları, kitab şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində;
- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər;
- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları;
- Cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və ya illüstrasiyasız çap olunmuş və ya əlyazma notlar;
- Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.
Qeyd edilib ki, kağız idxalının ƏDV-dən azad edilməsi çap mediasının səmərəli fəaliyyətinə əhəmiyyətli təsir göstərən amillərdən biridir. Son vaxtlar dünyada qiymət artımının həm də kağız məmulatlarına təsir etməsi daxili bazarda da müşahidə olunurdu. Bu güzəşt daxili bazarda həmin məhsulların qiymətlərinin ucuzlaşmasını stimullaşdıracaq və çap mediası məhsullarının maya dəyərini və istehsal xərclərini əsaslı şəkildə azaltmaqla bu sahənin inkişafına təkan verəcəkdir. Eyni zamanda, çap məhsullarının ƏDV-dən azad edilməsi kitab bazarına da müsbət təsir göstərməklə kitabların ucuz başa gəlməsinə səbəb olacaqdır.
Bununla belə, azadolmanın verilməsi nəzərdə tutulan 2022-ci il yanvarın 1-i tarixindən Nazirlər Kabineti tərəfindən müvafiq siyahının təsdiq edilməsinə qədər olan dövr ərzində bir sıra vergi ödəyiciləri tərəfindən müvafiq kateqoriyalı malların satışı ƏDV tətbiq edilməklə həyata keçirilmişdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, 1 yanvar 2022-ci il tarixdən etibarən sözügedən siyahı təsdiq olunan dövrə qədər vergi ödəyiciləri tərəfindən ƏDV tətbiq edilməklə satılmış həmin mallara görə hesablanmış ƏDV məbləğləri dəqiqləşdirilmiş hesabatlar təqdim edilməklə azaldılacaq. Eyni zamanda müvafiq məhsulların siyahısı təsdiq olunan tarixədək olan dövr ərzində vergi ödəyiciləri tərəfindən idxal edilmiş həmin məhsullara görə gömrük orqanlarına ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğləri bərpa olunmur və əvəzləşdirmələr vergi orqanları tərəfindən nəzərə alınır.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
1 saat əvvəl
Bank və BOKT-laın fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edildi - VİDEO
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin döviyyələri açıqlandı - SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
-
4 saat əvvəl
"Hazırda təxminən 380 min KOB-un bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir"
-
4 saat əvvəl
Yanvarda Gürcüstanda 5 %-ə yaxın illik inflyasiya qeydə alınıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Nintendo-dan 2,3 milyard dollar xalis mənfəət
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
Ən çox oxunanlar
"Regional" BOKT 1 milyon manat borclandı
SOCAR-ın nəzdində akademiya fəaliyyətə başlayıb
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Tanınmış qlobal bank bu il qızılın unsiyasının qiymətinin 6 min 300 dollara çatacağını proqnozlaşdırır
Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq
“Fintrend” BOKT-ın vəzifəli şəxsi cərimə edildi
“Azvvallet” şirkəti cəzalandırıldı - Xidmətinin dayandırılması barədə göstəriş verildi






















