"Bakı Ayaqqabı -2"nin icarədən gəliri azalıb
"Bakı Ayaqqabı - 2" ayaqqabı istehsalından deyil, əsasən əmlakının icarəsindən gəlir əldə edir."Bakı Ayaqqabı-2" ASC 2021-ci ili 296 min 448 manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 110 min 303 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Bakı Ayaqqabı -2"nin xalis mənfəəti 2,7 dəfə artıb.
Marja.az xəbər verir ki, "Bakı Ayaqqabı -2" ASC əsasən əmlakının icarəsindən gəlir əldə edir. 2020-ci ildə icarə gəliri 407 min 368 manat ikən, 2021-ci ildə 381 min 641 manata düşüb (6,3% azalıb).
Ötən il əmlakının yenidən qiymətləndirilməsi nəticəsində "Bakı Ayaqqabı -2"nin 220 min manat gəliri yaranıb. "Bakı Ayaqqabı - 2"nin investisiya əmlakının yenidən qiymətləndirilməsindən gəliri 2020-ci ildə 19 min 454 manat, 2019-cu ildə 278 min manat təşkil etmişdi.
Xalis mənfəətin artmasının səbəbləri yenidən qiymətləndirilmə gəliri və əməliyyat xərclərinin azalmasıdır.
31 Dekabr 2021-ci il tarixində "Bakı Ayaqqabı - 2" ASC 7 milyon 983 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 7 milyon 684 min manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 saat əvvəl
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
16 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
16 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















