Azərbaycanda büdcəsi 10 milyon dollardan çox olan Vençur Kapital Fondu yaradılacaq - YENİLƏNİB
Fondun təsis olunmasına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi , “PAŞA Holding” Şirkətlər Qrupu və fərdi sahibkarlar vəsait ayıracaq. 7 il ərzində 150 yerli və regional startaplara investisiya yatırılması planlaşdırılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PAŞA Holding” Şirkətlər Qrupunun və yerli investorların iştirakı ilə birgə Vençur Kapitalı Fondunun yaradılması nəzərdə tutulur.
Vençur Kapitalı Fondunun büdcəsinin ilk mərhələdə 10 milyon dollardan çox olması planlaşdırılır.
Sözügedən fond 7 il ərzində maliyyə texnologiyaları, təhsil texnologiyaları, kənd təsərrüfatı texnologiyaları, bulud texnologiyaları, pərakəndə satış, e-ticarət və oyun sənayesi kimi sektorlarda ümumilikdə 150 yerli və regional startaplara investisiya yatırmağı planlaşdırır. İnvestisiya prosesi ölkədə həyata keçirilən inkubasiya və akselerasiya proqramlarının təhlili əsasında icra ediləcək.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Technovate-Sabah Mələk İnvestorlar Klubu"nun təsisçiləri və 25 üzvü ilə görüşüb. Görüşün keçirilməsində məqsəd "Technovate-Sabah Mələk İnvestorlar Klubu"nun fəaliyyəti, hazırda görülən və planlaşdırılan işlər barədə məlumat vermək olub. Görüş zamanı Klubun həmtəsisçisi Fərid İsmayılzadə təqdimatla çıxış edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 48 d. əvvəl
- 55 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
1 saat əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
2 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
3 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
3 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
3 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
Son Xəbərlər

“Bakı Fintex Forumu 2025” keçiriləcəlk

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
