“AzerGold”un Müşahidə Şurasının yeni sədri iclas keçirib
İclasda nizamnamə kapitalının artırılması, strateji inkişaf, maliyyə-investisiya, istehsalat və kadr məsələləri ilə bağlı müzakirələr aparılıb.“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni tərkibdə formalaşdırılmış Müşahidə Şurasının ilk iclası keçirilib.
QSC-nin yaydığı məlumatda bildirilir ki, Müşahidə Şurasının yeni sədri Mətin Eynullayevin sədrliyi ilə keçirilən iclasda “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan cari məsələlər, o cümlədən nizamnamə kapitalının artırılması, strateji inkişaf, maliyyə-investisiya, istehsalat və kadr məsələləri ilə bağlı müzakirələr aparılıb.
İclasda çıxış edən Müşahidə Şurasının sədri M.Eynullayev bildirib ki, dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti olan “AzerGold” QSC həyata keçirdiyi uğurlu və səmərəli fəaliyyət ilə ölkəmizin qeyri-neft sektorunun inkişafında, qeyri-neft ixracı potensialının artırılmasında önəmli rol oynayır.
M.Eynullayev Azərbaycan İnvestisiya Holdinqi tərəfindən qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Səhmdar Cəmiyyətin fəaliyyətində səmərəliliyin daha da artırılması, onun idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirməsi istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini qeyd edib.
O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən struktur islahatlarının məntiqi davamı olaraq ölkə iqtisadiyyatının müasir çağırışlara cavab verməsi məqsədi ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqi ilə QSC arasında fəaliyyətin qarşılıqlı əməkdaşlıq müstəvisində uğurla davam etdirildiyini diqqətə çatdırıb.
İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəzərdən keçirilib, gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti






















