Xalq Bank XalqOnline istifadəçiləri üçün hədiyyəli kampaniyaya start verir!
(®) Yeni başlamış kampaniyanın şərtlərinə əsasən XalqOnline mobil/internet bankçılıq sistemində Xalq Bank kartları ilə 10 AZN və daha çox məbləğdə mobil, stasionar telefon, kommunal, TV, internet, kredit və digər ödənişlər edən istifadəçilər dəyərli hədiyyələr əldə edəcəklər!
Kommunal, TV, internet, kredit və digər ödənişlər edən XalqOnline istifadəçiləri dəyərli hədiyyələr əldə edəcəklər! Bunun üçün XalqOnline mobil/internet bankçılıq sistemində Xalq Bank kartları ilə 10 AZN və daha çox məbləğdə ödəniş edən müştərilər kampaniyada iştirak haqqını qazanacaqlar.
Hədiyyə fondu bitənədək davam edəcək kampaniyada sistem istifadəçiləri pulsuz danışıq dəqiqələri, yemək menüləri, parfümeriya və geyim malları, kinoteatr bileti, taksi, eləcə də digər xidmətlərdə endirim və hədiyyələr qazanacaqlar. Kampaniya barədə ətraflı məlumat və hədiyyələrin tam siyahısı ilə burada tanış olmaq olar – https://www.xalqbank.az/az/bank/bank-in-life/kiv-about-bank/news/xalq-bank-xalqonline-istifad-cil-ri-ucun-h-diyy-li-kampaniyaya-start-verir/
Qeyd edək ki, ödənişlər həyata keçirildikdən bir iş günü sonra istifadəçi hədiyyənin promokodunu SMS bildiriş vasitəsilə alacaq. Həmçinin, hədiyyə əldə etmiş istifadəçilər arasında kampaniya müddəti ərzində ən çox məbləğdə əməliyyat aparmış 25 və ən çox sayda əməliyyat aparmış 25 müştəri əlavə hədiyyəyə sahib olacaq!
XalqOnline Xalq Bankın fərdi və korporativ müştərilərə xidmət göstərən iOS və Android platformalı mobil/internet bank sistemidir.
Bank məhsulları, eləcə də yenikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























