Nə üçün Samsung Galaxy S22 Ultra? Yeni flaqmanı ələ indi əldə etmək üçün 6 səbəb
(®) Bu yaxında texnologiyalar üzrə dünya nəhəngi olan Samsung tərəfindən təqdim olunan yeniliklər hər kəsin diqqətini özünə cəlb etdi. Əsasən də S və Note seriyasının bütün mühüm özəlliklərini özündə cəmləyən və SPen qələmini dəstəkləyən Samsung S22 Ultra diqqətləri öz üzərinə çəkməyi bacardı. Gəlin bu flaqmanı əldə etməli olduğunuz 6 əsas səbəbi nəzərdən keçirək.
1) Öncəliklə nəzərə çarpan nəhəng ekranı qeyd etmək lazımdır ki, uzun zamandır ki, bütün displey texnologiyalarını özü istehsal edən Samsung, birbaşa olaraq bu bazarda rəqibi olmayan bir mövqedə yer alır. Beləliklə Samsunqun bu yeni flaqmanının payına Galaxy S seriyasının məhsulları arasından ən böyük displey düşür. Diaqonalı 6.8 düym, miqyası 3088x1440 təşkil edən smartfon 500 ppi piksel dolğunluğa malikdir. Bu LTPO texnologiyası ilə hazırlanan kənarlardan basılmış Dynamic AMOLED 2X ekrandır. 1-120 Hz adaptiv tezlikdə yenilənməni, həmçinin 240 Hz sensor yenilənmə tezliyini dəstəkləyir. Bundan əlavə HDR10+ və Dolby Vision standartları ilə uyğunlaşır. Şübhəsiz ki, ekranın ən mühüm üstünlüklərindən biri də onun 1750 nit parlaqlıq həddidir.
2) İkinci səbəb - sözsüz ki kameralardır. Cihaz 4 obyektivdən ibarət çox maraqlı kamera bloku ilə təchiz edilmişdir. Onlar sayəsində ən çətin anlarda belə heyrətamiz kadrlar əldə etmək mümkündür. Bu 4-lü özündə 108 MP f/2.2 85﮿ geniş bucaqlı əsas kamera və 120﮿ görüntü bucağına sahib 12 MP f/2.2 geniş kameraları özündə birləşdirir. Bundan əlavə burada 10 Mp və teleobyektivli iki kamera da mövcuddur. Onlar 100x miqyasınadək böyüdən Space Zoom funksiyasını işə salır. Telefonun ön hissəsində isə 40 Mp ön kamera yerləşdirilmi
Smartfonun qabaqcıl rejimləri sizi foto çəkilişlərdə professional kimi hiss etdirəcək. Əlavə olaraq birbaşa telefon vasitəsilə şəkilləri redaktə etmək, eyni zamanda geniş ekranda tamamlayıcı ştrixlər üçün onları PC və ya planşetə göndərmək imkanınız var.
3) S Pen – həm pero, həm fırça, qələm və hətta smartfonu idarə etmək üçün universal aksesuardır. SPen tarixində ilk dəfə S22 Ultra smartfonunun dəstinə daxildir. Ağıllı qələmin tərkib hissələri superkondensator, giroskop və akselerometrdən ibarətdir. Korpusunda bir düyməsi mövcuddur. Qələmin həssas ucluğu əl yazısını tam dəqiqliklə çap yazısına çevirir. Qələm sizin yaradıcı potensialınızı kəşf etmə imkanı və azadlığı verir. S Pen həmçinin Air Actions köməkliyi ilə smartfonunuzu simsiz idarə etmək imkanı yaradır. Bunun sayəsində qələmi silkələməklə səhifələri dəyişmək və ya bir düyməni sıxmaqla selfi çəkmək mümkündür.
4) Güclü mexanizm – cihaz Exynos 2200 ilə işləyir. 4nm texniki standartlara uyğun yeddi nüvəli prosessordur. İstehsalçının da təsdiq etdiyi kimi, qeyd olunan innovativ çip Galaxy seriyasından ən sürətlisi hesab olunur və birinci səviyyəli güclə təmin edir. Ən əsası isə qrafen lövhəsi sayəsində istiliyi səmərəli şəkildə yaydığı üçün isinmir. Belə bir cihazın istehsalat ehtiyatı minimum bir neçə ilə kifayət edir. İlk dəfə olaraq smartfonda cihazın qrafikasına RDNA 2 arxitekturasında AMD ilə birgə hazırlanmış Xclipse 920 sürətləndiricisi şüa izləməsini dəstəkləyən Dəyişən Tezlik Kölgələmə (VRS) cavabdehdir.

5) Həcmli batareya və sürətli şarj. Galaxy S22 Ultranın yüksək sürətli və ağıllı batareyası sizin maraqlarınıza uyğunlaşır. O batareyanın ömrünü uzadaraq ehtiyac olan zamanlarda enerjiyə qənaət edir. 5000 mAh həcmli batareya sayəsində imkanlarınızı məhdudlaşdırmayan şarja sahib olun. Şəkillər çəkin, ünsiyyətdə olun və səhərədək oyunlar oynayın.
Smartfon həmçinin 45 Vt gücündə sürətli şarjı dəstəkləyir. Bu da 25 Vt ilə müqayisədə nəzərə çarpan yenilikdir. Sadəcə şarj alətinizi 45 Vt gücündə enerjiyə qoşun və sizə gün boyu yetəcək yüksək sürətli şarjdan zövq alın. Sadəcə 10 dəqiqəlik şarj sizə 54 dəqiqəlik video və ya sevimli serialın 4 seriyasını izləməyiniz üçün kifayət edir. Yalnız bu ağıllı şarj alətinin bütün üstünlükləri deyil. Siz həmçinin dostunuzla şarjınızı bölüşə və ya qulaqlıqlarınızı birbaşa smartfonunuzdan şarj edə bilərsiniz.
6) Galaxy S22 Ultraya sahib olmanın 6-cı və ən əsas səbəblərindən biri isə– istehsalçının təqdim etdiyi xüsusi kampaniyadır. 30.06.2022 tarixinədək Galaxy S22 Ultra əldə edən hər kəsə Galaxy Buds2 qulaqlıqları hədiyyə.
Kampaniya haqqında ətraflı məlumatı Samsung şirkətinin rəsmi səhifəsindən, həmçinin Baku Electronics, İrşad, Kontakt Home, Maxi.az, World Telecom, Soliton və Optimal rəsmi mağazalar şəbəkəsindən əldə edə bilərsiniz. Samsung Galaxy S22 Ultra artıq rəsmi distribüterlərimizdə öz alıcılarının yolunu gözləyir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
5 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
6 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























