ABŞ və Liviyada artan hasilat neftin bahalaşmasına mane olur
Çərşənbə günü ABŞ-da Enerji İnformasiya İdarəsinin (EIA) açıqlayacağı neft ehtiyatları göstəricisinin, ötən həftə 1.2 milyon barrel aşağı düşməsi gözlənilir.
Digər tərəfdən, Liviyanın neft hasilatı, "Wintershall AG"-nin ən az iki sahədə istehsala yenidən başlaması ilə əlaqədar olaraq son dörd ilin ən yüksək səviyyəsinə çatıb.
ABŞ-da da neft istehsalı artır. Bu, Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) və tərəfdaşlarının hasilatlarını azaltmalarının müsbət təsirini silir.
Analitklər bildirirlər ki, yüksək ehtiyatlar və artan hasilat, neft qiymətlərinin dayanaqlı yüksəlməsi üçün əngəl yaradır. Həmçinin 45 dollar ətrafındakı qiymətlər, ABŞ-da istehsalın yenidən azalmasına kömək edə bilər.
Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 44.19 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında 46.99 dollardan alıcı tapıb.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Nazir: IV rübdə neft bazarında tarazlıq yaranacaq
"Neft bazarı düzgün istiqamətdə irəliləyir. Lakin onun tarazlanması üçün zaman lazımdır". Bu açıqlamanı Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih Londonda yerləşən "Asharq al-Awsat" qəzetinə verib.
"Hesab edirəm ki, fundamental bazar amilləri doğru istiqamətdə irəliləyir. Amma, son illərdə yığılan artıq neft ehtiyatları səbəbindən aldığımız qərarın effektivliyi üçün zaman lazımdır. Cari proqnozlar şist neft hasilatını da nəzərə alaraq onu deməyə imkan verir ki, ilin son rübündə tarazlıq bərpa olunacaq", - deyə nazir qeyd edib.
Qeyd edək ki, bundan əvvəl tarazlığın 2017-ci ilin ortalarında yaranacağı bildirilmişdi.
X.əl-Falih Liviya və Nigeriyadakı hasilat artımının OPEC-in hasilatın azaldılması ilə bağlı qərarına təhlükə yaratmayacağını bildirib. Qeyd edək ki, Liviya və Nigeriyada hasilatın artması səbəbindən mayda OPEC-in hasilatı 336 min barel/gün artım göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)













.jpg)


