“Xan”ın qazancı 7 dəfə azalıb
“Göygöl Şərab Zavodu” ASC 2021-ci ili 207 min 608 manat xalis mənfəət ilə başa vurub. Halbuki, ASC 2020-ci ili 1 milyon 427 min 309 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2020-ci ildə “Göygöl Şərab Zavodu”nun xalis mənfəəti 7 dəfəyə yaxın azalıb.
Marja.az xəbər verir ki, 2020-ci ildə “Göygöl Şərab Zavodu”nun satışdan gəlirləri 20 milyon 832 min manat ikən, 2021-ci ildə 17 milyon 619 min manata düşüb (3 milyon 213 manat və ya 15,4% azalıb). ASC-nin icarədən gəlirləri isə dəyişməz olaraq 1,2 milyon manat təşkil edib.
2021-ci ildə “Göygöl Şərab Zavodu”nun cəmi gəlirləri 18 milyon 829 min 53 manat, cəmi xərcləri isə 18 milyon 621 min 445 manat təşkil edib. 2020-ci ildə “Göygöl Şərab Zavodu”nun cəmi gəlirləri 22 milyon 41 min 818 manat, cəmi xərcləri isə 20 milyon 614 min 509 manat təşkil etmişdi.
31 Dekabr 2021-ci il tarixində “Göygöl Şərab Zavodu” ASC 58 milyon 31 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 54 milyon 235 min manat cəmi aktivlərə malik idi.
“Göygöl Şərab” ASC Azərbaycanın 160 illik tarixə malik şərab, konyak, şampan, və vodka istehsal edən müəssisəsidir. Zavod əsasən “Xan”, “Göygöl”, “Karabakh” markaları ilə şərablar istehsal edir.
“Göygöl Şərab Zavodu” ASC 16 sentyabr 2005-cı il tarixindən səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. Əsas səhmdarı 99.88% payla “Vinagro” MMC-dir. “Vinagro” MMC-nin təsisçisi nizamnamə kapitalında 100% payla Həsənov Rafiq Həsən oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
























