PAŞA Sığorta şirkəti şəhid və qazi ailələrinin sosial reabilitasiyası üçün 2 nüfuzlu layihənin həyata keçirilməsinə dəstək göstərəcək
(®)PAŞA Sığorta şirkəti, ABŞ-da təsis edilmiş və artıq Bakı filialı aktiv fəaliyyətdə olan “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının şəhid ailələrinin üzvləri və qazilərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirdiyi layihələrə dəstək göstərəcək.
“For Azerbaijan” Xeyriyyə Təşkilatı qlobal maliyyə, investisiya, inkişaf təşkilatlarında aparıcı mövqelərdə çalışan həmvətənlərimiz tərəfindən yaradılmışdır.
Təşkilat fəaliyyət göstərdiyi gündən qazi və şəhid ailə üzvlərinin psixososial rifahı üçün müxtəlif pilot proqramları reallaşdırmış, sağlamlıqlarının bərpası istiqamətində tibbi dəstək göstərmiş, onların maddi təminatının yaxşılaşdırılmasına yönələn bir sıra layihələr həyata keçirmişdir. Bundan əlavə, ötən ilin 14 - 28 iyul tarixlərində dövlət qurumları, qeyri-hökumət təşkilatlarının iştirakı ilə 79 şəhid övladının intellektual və emosional inkişafına hədəflənən “Qaliblər Düşərgəsi”ni təşkil etmişdır. Düşərgə müddətindən bugünədək peşəkar psixoloqlar tərəfindən il boyu həmin şəhid övladları və ailə üzvləri davamlı psixoloji proqramlara cəlb olunurlar.
Ümumilikdə həyata keçirilən bu proqramların təşkili gələcəkdə həmin ailələrin ehtiyacları nəzərə alınaraq yeni layihələrin işlənməsinə təkan verəcək.
Bu ailələrin rifahına hər zaman xüsusi önəm verən PAŞA Sığorta şirkəti tezliklə “For Azerbaijan” Xeyriyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində 2 yeni uzunmüddətli layihəyə dəstək göstərəcək.
İlk layihə ehtiyacı olan şəhid ailələrinə peşəkar psixoloji dəstəyin həyata keçirilməsidir. Ötən ilin iyulunda “Qaliblər Düşərgəsi”nin məzunları olmuş yeniyetmələr və onların anaları üçün 1 il müddətində peşəkar psixoloqlar tərəfindən icma əsaslı reabilitasiya proqramı həyata keçiriləcək. Layihə çərçivəsində analar üçün xüsusi təlimlər təşkil olunaraq, onların sosial uyğunlaşma bacarıqlarının gücləndirilməsinə dəstək göstəriləcək.
PAŞA Sığorta şirkətinin dəstək verəcəyi növbəti layihə “Azərbaycanda Psixoloji reabilitasiya potensialının artırılması” (APRTA) layihəsidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə reallaşan layihənin məqsədi şəhid və qazi ailə üzvlərinin emosional və psixoloji reabilitasiyasını təmin edə biləcək beynəlxalq sertifikatlı yerli mütəxəssislərin hazırlanması və bu istiqamətdə peşəkar təcrübənin artırılmasıdır. Təlimlər ABŞ-ın bu sahədə tanınmış ekspertləri tərəfindən aparılacaq. Bu layihə çərçivəsində seçilmiş 30-a yaxın klinik psixoloq üçün koqnitiv işlənmə terapiyası (KİT) və yazılı ekspozisiya terapiyası (YET) üzrə təlim proqramları təşkil ediləcək. Layihə müddətində Azərbaycan dilində məlumat portalının yaradılması, portala diaqnostik alətlərin və materialların daxil edilməsi də planlaşdırılır.
Hər iki layihə PAŞA Sığorta şirkətinin dəstəyi ilə reallaşacaq.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət, kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
11 d. əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
-
17 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 24 d. əvvəl
-
31 d. əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Ən çox oxunanlar
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
























