Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!
Azərbaycan telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatları, həm də mobil rabitə imkanlarını birləşdirən Azercell Fintek məhsulları yaxın zamanda bütün abunəçilərə maliyyə xidmətləri göstərəcək(®) Müştərilərini əlçatımlı, eyni zamanda istifadədə rahat və şəffaf xidmətlərlə təmin etməyə çalışan “Azercell Telekom” özünün rəqəmsal məhsullar çeşidini genişləndirərək müştərilərin nağdsız hesablaşma və ödənişlərini daha rahat şəkildə yerinə yetirməyə imkan yaradacaq xüsusi layihəsini təqdim edir.
Abunəçilərə təqdim olunacaq rəqəmsal kart müxtəlif növ ödənişlər həyata keçirməyə, hesabdakı balansı artırmağa imkan verəcək ki, həmin maliyyə məhsulları sürətli və asan müştəri identifikasiyasını təmin edən ucdan-uca rəqəmsal təcrübə üzərində qurulacaq.
İstehlakçının ənənəvi ödəmə üsullarını və vərdişlərini dəyişərək Azercell Fintek müştərilər üçün rahat rəqəmsal nağdsız ödəniş vasitəsinə çevrilmə potensialına malikdir. Eyni zamanda, abunəçilər xidməti aktiv etmək üçün ofisə baş çəkmədən birbaşa Azercell-in yenilənmiş “Kabinetim” mobil tətbiqi vasitəsilə bu imkandan yararlana bilər.
Bu rəqəmsal kart həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçilərinə bir sıra standart qeydiyyat prosedurlarından keçmədən maliyyə xidmətlərinə asan çıxış imkanı yaradacaq. Qeyd edək ki, “Azercell Telekom” bu layihəni “PAŞA Bank”, “Visa” və “AzİnTelecom” da daxil olmaqla bir sıra tərəfdaşlarla birgə əməkdaşlığı çərçivəsində həyata keçirir.
Azercell-in Big Data, Təhlillər və Xüsusi layihələr departamentinin direktoru Azad Hüseynov bildirib:
“Bütün ölkəni əhatə edən geniş şəbəkəmizə bankçılıq və fintek funksionallığı əlavə etmək göstərdiyimiz xidmət çeşidinin genişləndirilməsi, müştəri məmnunluğu və bağlılığının gücləndirilməsi və, əlbəttə ki, biznesin dayanıqlılığı baxımından bizim üçün böyük imkanlar yaradır.”
Bu yeni məhsulun ilk istifadəçiləri olmaq istəyən abunəçilərimiz üçün www.azercell.com səhifəsi vasitəsilə öncədən sifariş imkanı artıq mümkündür. Bunun üçün Azercell-in rəsmi saytında qeydiyyatdan keçmək kifayətdir.
Xatırlatmaq istərdik ki, məhz Azercell bir neçə il öncə ilk olaraq özünün “Kabinetim” tətbiqi vasitəsilə “Mobil Ödəmə” xidmətini bazarda təqdim etmişdir. Azercell Rəqəmsal Kartı mobil rabitə bazarında maliyyə xidmətləri sahəsində dönüş nöqtəsinə çevrilərək istifadəçilərə rəqəmsal texnologiyaların imkanlarını daha yaxın və rahat edəcək.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə




















