Çin şirkəti yüklərini Azərbaycandan daşıyacaq
"Azərbaycan Dəmir Yolları" QSC-də Çinin "Çendu beynəlxalq dəmir yolu" MMC-nin baş direktor müavini Zhahg Jingin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, "Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ("Orta dəhliz"), Azərbaycanın nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib.
C.Qurbanov bildirib ki, Azərbaycan üzərindən yüklərin daşınmasının effektivliyini və rəqabətqabiliyyətliliyini artırmaq üçün bütün imkanlar səfərbər olunub. Cəmiyyət sədri Azərbaycanın Çin tərəfinə yüklərin Azərbaycan üzərindən daşınmasına hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib. Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində qarşıda duran işlər müzakirə olunub.
Z. Jing Çin məhsullarının Şərqi Avropaya, Yaxın Şərq ölkələrinə, habelə Türkiyə və Gürcüstana çatdırılması üçün Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlı olduqlarını bildirib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 36 d. əvvəl
- 40 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı
Dərnəgüldən qatarla birbaşa rayonlara!













.jpg)







