MİDA: Satışa çıxarılmış mənzillərin 60 %-dən çoxu müdaxilə nəticəsində qeyri-qanuni yolla seçilib
“Güzəştli mənzil sisteminin tətbiqinin əsas məqsədi güzəştlə mənzil əldə etmək istəyən şəxslər üçün bərabər şəraitin yaradılmasıdır”.
Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı “Niyə bütün mənzillərin satışının ləğv edilib?” ilə bağlı suala cavabında deyib.
O bildirib ki, bir sıra şəxslər isə onlara müraciət etmiş şəxslərin seçimlərini daha tez etmək üçün xüsusi proqram təminatları hazırlayıblar: “Onlar artıq digər vətəndaşların mənzil seçmək hüququnu məhdudlaşdırıblar. Ona görə də ümumilikdə onlar dövlət qurumlarının da fəaliyyətinə maneçilik törədiblər. Xüsusi proqram vasitəsilə müdaxilə nəticəsində bu sistemdən istifadə etmək istəyən digər vətəndaşların da hüquqlarını məhdudlaşdırıb. Satışa çıxarılmış mənzillərin 60 %-dən çoxu müdaxilə nəticəsində qeyri-qanuni yolla seçilib. Ona görə də bəravbərlik pozulduğu üçün bütün seçimlər ləğv edilib”.
MİDA: Güzəştli mənzillərin seçim prosesinə müdaxilə üçün xüsusi proqram təminatları hazırlanıb
“30 mart 2022-ci il tarixində Yasamal Yaşayış Kompleksində yerləşən 442 mənzilin seçim prosesi baş tutandan sonra müəyyən şübhəli hallar müəyyən edilib”.
Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi mətbuat konfransında MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı deyib.
O bildirib ki, MİDA buna görə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. Qeyd olunub ki, müdaxilələr nəticəsində bərabər seçim şərtləri pozulub və buna görə də satış prosesinin bütün nəticələri ləğv edilib.
Aparat rəhbərinin sözlərinə görə, mənzillərin seçimi barədə elan satış tarixindən ən azı 30 gün əvvəl verilir. Hər elandan sonra, təxminən 1 ay müddətində güzəştli mənzilin DEMO versiyası elektron kabinetə sahib olan şəxslərə verilir:
“Burada məqsəd iştirak etmiş şəxslərin sistemdən istifadəni təkmilləşdirilməsi ilə bağlıdır. Satış elektron qaydada həyata keçirilir. Mənzil seçimi prosesi cəmi iki mərhələdən ibarətdir. Lakin güzəştli mənzil sisteminin bəzi istifadəçiləri tərəfindən bu sistemi daha sürətli etmək üçün müəyyən şəxslərə xüsusi proqram təminatları hazırladılıb. 30 martda keçirilən seçimlərdə də bu proqram təminatlarından istifadə edilib”.
DTX güzəştli mənzil seçiminə müdaxilə halları ilə bağlı xəbərdarlıq edib
Kənardan müxtəlif proqram təminatçıları tərəfindən 30 martda güzəştli mənzillərin seçim prosesinə müdaxilələr araşdırılıb.
Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı Günel Hüseynova deyib.
Onun sözlərinə görə, başlanmış cinayət işi üzrə araşdırma aparılıb, mənzillərin güzəştli şərtlərlə seçimi həyata keçirilərkən qeyd olunan seçimlərin sürətli aparılması aşkarlanıb: “Qeyd etmək istərdim ki, 14 apreldən bu günə qədər DTX-nin İstintaq Baş İdarəsi tərəfindən istintaq eksperimenti daxil olmaqla, çoxsaylı istintaq hərəkətləri həyata keçirilib”.
DTX əməkdaşı əlavə edib ki, son dövrlərdə kibercinayətlərin sayı artıb.
“Hər bir cinayətdən danışanda onun subyekti çox əhəmiyyətlidir”, - Günel Hüseynova vurğulayıb.
O qeyd edib ki, gələcəkdə belə üsullara əl atmaq istəyən şəxslər və ya onlara yenidən müraciət edəcək şəxslər məsuliyyət daşıyacaqlar.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
12 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)










