Azərbaycanda oyunlar da hazırlanacaq mərkəzin təməli qoyuldu - 10 MİLYON SƏRMAYƏ, 750 İŞ YERİ
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri olan “4MAPS Bilgi Teknolojileri” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının 1,5 hektar ərazisində “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. Layihə çərçivəsində cəmiyyət tərəfindən Sənaye Parkında müxtəlif xidmətlər təklif edəcək 7 mərtəbəli biznes mərkəzi inşa olunacaq. Mərkəz müasir ağıllı sensorla və yüksək dəqiqliyə malik texnologiya ilə təchiz ediləcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
“4MAPS Bilgi Teknolojileri” MMC-nin təsisçisi Abdullah Demirtaş Prezident İlham Əliyevə layihə barədə məlumat verib.
Bildirilib ki, “4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps” “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir. Şirkətin əsas fəaliyyət sahəsi coğrafi (xəritə) məlumatların toplanması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin də göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Şərqi Avropa, Gürcüstan, MDB, Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) Azərbaycanda fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev: Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında bir çox sahələrdə müxtəlif layihələr həyata keçirildi. Xüsusilə indi biz Qarabağda bütün bərpa işlərini bərabər görürük. Amma bu sahədə hələ ki işlər olmamışdır. Bu, birinci layihədir.
Abdullah Demirtaş: Üç xəritədə də erməni adları azərbaycancaya təmənnasız dəyişdirildi. Allahın izni ilə, bir həftə içərisində yenidən Qarabağa gedəcəyik, bu dəfə “Google” ilə “mübarizə aparmağa”. Çünki biz “Google”un tərəfdaşı deyilik. Amma “Google” üçün buradan cihazlarımızı göndərəcək, koordinatlarımızı ötürəcək və bildirəcəyik ki, artıq Azərbaycan buraya sahibdir...
Prezident İlham Əliyev: Bəli, küçələrin, kəndlərin, şəhərlərin adları.
Abdullah Demirtaş: Hamısını dəyişdirdik. “Apple”da, “Here”də, “Yandex”də hamısını dəyişdirmişik. Avtomobilinizə də bu yaxınlarda “Here”in yenilənmiş xəritəsi gəldiyi zaman, növbəti dəfə Qarabağa səfər edəndə, inşallah, Azərbaycan dilində adları görmüş olacaqsınız.
Prezident İlham Əliyev mərkəzin təməlini qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti





















