“Kredit Evi” SİMA-nın tərəfdaşı olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.
Nazirliyin yaydığı məlumata görə, inteqrasiya prosesinə əsasən “Kredit Evi” QSC SİMA üzrə növbəti tərəfdaş olub.
Bundan sonra “Kredit Evi” QSC-nin müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq “Lombard Krediti” məhsulundan faydalana bilərlər. Belə ki, qızıl girovu olan müştərilər yenidən kredit əldə etmək üçün “Kredit Evi” QSC-nin mobil tətbiqi üzərindən müraciət edib və müsbət cavab aldıqdan sonra sənədlərin imzalanmasını SİMA vasitəsilə məsafədən və daha operativ həyata keçirə bilərlər. “Kredit Evi” QSC ilə bağlı daha ətraflı məlumat almaq istəyən vətəndaşlar *2200 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Yeni nəsil rəqəmsal imzadan istifadə edərək maliyyə təşkilatları ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.
Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
-
29 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 48 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər





















