Azərbaycanda elektrik enerjisi istehsalı cüzi artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyul aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 420,0 mln.kVt·st, yəni 2,6% artaraq 16 278,1 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 125,1 mln. kVt·st artaraq 14 893,0 mln. kVt·st, SES-lərdə 286,5 mln. kVt·st artaraq 1163,9 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 mln. kVt·st artaraq 221,2 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 54,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 37,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 129,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
7 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 653,6 mln. kVt·st (İES-lərdə 13 578,0 mln. kVt·st, SES-lərdə 1075,6 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 268,8 mln. kVt·st (İES-lərdə 156,5 mln. kVt·st, SES-lərdə 77,8 mln. kVt·st, GES-də 34,5 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 39,06 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1316,64 mln. kVt·st təşkil edib.
2022-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1037,7 mln. kVt·st, idxalı isə 83,5 mln. kVt·st olub.
2022-ci ilin iyul ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2751,3 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 110,7 mln.kVt·st, yaxud 4,2% artması deməkdir.
İyul ayında elektrik enerjisinin idxalı 12,4 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 mln. kVt·st, ixrac isə 374,2 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 221,5 mln. kVt·st artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)







