Expressbank unikal kartını təqdim edir
Expressbank özündə maksimum imkanlar birləşdirən – Expresso kartı təqdim edir.
Expresso kart – debet, güzəşt müddətli kredit, depozit, “cashback”, təmassız kart, sərbəst dizayn seçimi olan unikal kartdır.
Expresso kart istifadə müddəti 48 ay olmaqla müştərilərə 35 günədək güzəşt müddəti ilə kredit xətti təklif edir. Yəni müştəri istifadə etdiyi məbləği növbəti ayın 5-dək əlavə faiz hesablanmadan ödəyə bilər. Kart üzrə kredit xətti gəlirləri təsdiq edən sənəd əsasında illik 28% dərəcəsi ilə rəsmiləşdirilir. Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə edilə bilər.
Expressbank-ın plastik kartları ExpressClub layihəsində iştirak etdiyindən, Expresso kartı ilə də müştərilər hər alış-veriş edərkən 20%-dək “cashback” qazanırlar. Lakin Expresso kartın imkanları bununla da bitmir.
Expresso kartın digər bir üstünlüyü – təmassız ödəniş imkanıdır. 20 AZN-dək xırda ödənişləri kartı POS-terminala yaxınlaşdıraraq PİN-kod yığmadan aparmaq mümkündür. Bu həm nağdsız ödənişlərin daha rahat şəkildə aparılmasına imkan yaradır, həm də müştərilərin vaxtına çox qənaət edir.
Bütün bunlardan əlavə, kartın hesabını istənilən ExpressPay ödəniş terminalı ilə artırmaq imkanı, pulsuz SMS banking, hesabdakı pulun qalığına illik 3% gəlir və s. əlavə imkanlar bu kartı müştərilər üçün əvəzedilməz edir.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.azsaytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
6 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)



.jpg)





