“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Dollar major valyutalar qarşında kəskin bahalaşır.InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Ötən həftə “FOMC”-un son toplantısının protokollarının dərcindən sonra Federal Ehtiyatlar Sisteminin sərt monetar siyasətini davam etdirəcəyinə dair ehtimalların daha da artması dollar indeksinin 107 bənd hədlərinin üzərinə yüksəlməsinə səbəb oldu. Nəticədə dollar major valyutalar qaşısında kəskin bahalaşdı. Bu həftə Amerikanın iqtisadi inkişaf səviyyəsinə dair açıqlanacaq statistik rəqəmlər dollar indeksində tendensiyanın davam edib etməyəcəyində həll edici roll oynaya bilər. Təhlillərə əsasən, dollar indeksindəki yüksəliş davam edərsə, EURUSD məzənnəsi 0.9800 hədlərinə qədər ucuzlaşa bilər.
GBP
GBPUSD məzənnəsi də ötən həftə dollar qarşısında kəskin dəyər itirdi. Dollar indeksindəki tendensiya davam edəcəyi təqdirdə GBPUSD məzənnəsindəki eniş tendensiyası daha da kəskinləşə bilər.
Bu həftə Almaniyada, Avrozonada, İngiltərədə və Amerikada açıqlanacaq biznes aktivliyi indeksi, Həmçinin Almaniya və ABŞ-da iqtisadi inkişaf səviyyəsinə dair önəmli makroiqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaqdır.
TRY
Ötən həftə TCMB-nin faiz endirimindən sonra bu ilin maksimumlarını teste edən USDTRY məzənnəsində artım tendensiyası davam edir. 18.11TL həddi qırılacağı təqdirdə qiymətin 18.29TL-yə qədər bahalaşacağı ehtimal olunur.
OIL
Ötən həftənin son ticarət günündə iki dəfə 99$ hədlərinə qədər bahalaşsa da, “Brent” nefti burada müqavimət səviyyəsini qırmaqda çətinlik çəkir. “Buğaların” bütün cəhdlərinə baxmayaraq eniş trendi hələ də davam edir. 96$-lıq dəstək səviyyəsi qırılacağı təqdirdə, OİLUK-in bir barel üzrə qiyməti 92$-a kimi ucuzlaşa bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
FED-in faiz artımlarını davam etdirəcəyi yönündə gələn siqnallar və bahalaşan dollar fonunda qızıl ötən həftəni enişlə tamamladı. Dollar indeksindəki yüksəliş davam edərsə, qızıl 1725$-a (55.46$/qram) kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























